Putin qorxu içində: ABŞ bu ölkəyə hərbi baza və qoşun yerləşdirəcək
10 İyun 2026, 18:08
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
118
10.06.2026, 16:30
“Avropa İttifaqı (Aİ) indiki vəziyyətində Ermənistana təklif edə biləcəyi ciddi bir şeyə malik deyil, ancaq onun Rusiya ilə tarixi əlaqələrini pozmağa çalışır”.
Oxu24.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bu bəyanatlar fonunda Kallas, fon der Leyen və digərlərinə xatırlatmaq istəyirəm ki, Ermənistanın hətta namizəd ölkə statusu belə yoxdur, amma Brüsseldə artıq hansısa “Avropa gələcəyi” haqda danışırlar. Halbuki bu ifadənin arxasında konkret olaraq nəyin dayandığını demirlər. Avropa İttifaqı indiki formada tərəfdaşlarına iqtisadi durğunluqdan, düşünülməmiş silahlanma yarışından və təhlükəli xarici siyasət avantüralarından başqa heç nə təklif edə bilmir. Bura Rusiyaya qarşı düşmən və rusofob siyasətə qoşulmaq da daxildir”, - o bildirib.
Mariya Zaxarova əlavə edib ki, Avropa strukturları səsvermədən əvvəl Ermənistan cəmiyyətinə qəsdən saxta dilemma təqdim edərək, parlament seçkilərini Avropa İttifaqı ilə Rusiya arasında seçim kimi göstərməyə çalışıblar:
“Nə dəxli var? Bu, erməni xalqının real maraqları ilə heç bir əlaqəsi olmayan manipulyasiyadır. Məqsəd aydındır - Ermənistanı daxildən parçalamaq, qohumluq əlaqələrinə baxmayaraq insanları bir-birindən ayırmaq, ölkələrimiz arasındakı tarixi sosial-iqtisadi əlaqələri sarsıtmaq, regionda öz təsir dairələrini genişləndirmək, İrəvanı Rusiyaya və avroliberal elitaların diktəsi ilə hərəkət etmək istəməyən dövlətlərə qarşı yönəltmək”. (Teleqraf)
18:49 / 10 İyun 2026
16
18:37 / 10 İyun 2026
44
18:08 / 10 İyun 2026
71
17:57 / 10 İyun 2026
82
17:35 / 10 İyun 2026
75
17:07 / 10 İyun 2026
81
16:36 / 10 İyun 2026
1635
16:30 / 10 İyun 2026
110
16:26 / 10 İyun 2026
81
16:25 / 10 İyun 2026
92
16:20 / 10 İyun 2026
75
16:16 / 10 İyun 2026
173
16:14 / 10 İyun 2026
86
16:13 / 10 İyun 2026
89
15:59 / 10 İyun 2026
138
15:50 / 10 İyun 2026
88
15:46 / 10 İyun 2026
110
15:43 / 10 İyun 2026
116
15:41 / 10 İyun 2026
928
15:41 / 10 İyun 2026
801
15:26 / 10 İyun 2026
211
15:18 / 10 İyun 2026
181
15:16 / 10 İyun 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.