Putin qorxu içində: ABŞ bu ölkəyə hərbi baza və qoşun yerləşdirəcək
10 İyun 2026, 18:08
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
95
10.06.2026, 16:25
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsi (DTK) beynəlxalq terror təşkilatları “Katibə əl-Tövhid vəl-Cihad” və İŞİD-in fəal üzvlərini zərərsizləşdirmək üçün xüsusi əməliyyat keçiriblər.
Oxu24.com xəbər verir ki, əməliyyata DTK-nın sədri Jumqalbek Şabdanbekov mərkəzdən real vaxt rejimində rəhbərlik edib.
Bildirilib ki, ekstremistlər hüquq-mühafizə orqanlarının əməkdaşlarına və dini liderlərə qarşı terror aktı planlaşdırıblar.
Oş və Kızıl-Kiye şəhərlərində, eləcə də Qara-Su və Kadamcay rayonlarında antiterror əməliyyatı elan edilib. Əməliyyata Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, prezidentin bölgələr üzrə nümayəndəsi və Oş meri də qatılıb.
Xüsusi əməliyyat nəticəsində 31 şübhəli saxlanılıb.
Axtarışlar zamanı dini ekstremist ədəbiyyat, ekstremist materialları ehtiva edən elektron daşıyıcılar, dörd qeydiyyatsız odlu silah, terror təşkilatlarının simvolları və xarici terrorçu gizli təşkilatların maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş pullar aşkar olunub.
Jumqalbek Şabdanbekov vətəndaşların təhlükəsizliyinin təmin edilməsini, saxlanılanların əlaqələrinin yoxlanılmasını, onların mümkün ortaqlarının və maliyyələşdirmə kanallarının müəyyən edilməsini əmr edib. (TELEQRAF)
18:49 / 10 İyun 2026
16
18:37 / 10 İyun 2026
44
18:08 / 10 İyun 2026
71
17:57 / 10 İyun 2026
82
17:35 / 10 İyun 2026
75
17:07 / 10 İyun 2026
81
16:36 / 10 İyun 2026
1635
16:30 / 10 İyun 2026
110
16:30 / 10 İyun 2026
116
16:26 / 10 İyun 2026
81
16:20 / 10 İyun 2026
75
16:16 / 10 İyun 2026
173
16:14 / 10 İyun 2026
86
16:13 / 10 İyun 2026
89
15:59 / 10 İyun 2026
138
15:50 / 10 İyun 2026
88
15:46 / 10 İyun 2026
110
15:43 / 10 İyun 2026
116
15:41 / 10 İyun 2026
928
15:41 / 10 İyun 2026
801
15:26 / 10 İyun 2026
211
15:18 / 10 İyun 2026
181
15:16 / 10 İyun 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.