Qaynar xətt:

(+99450) 247 90 86

Rəsmən Baş nazir oldu - FOTO

Rəsmən Baş nazir oldu - FOTO

DÜNYA

58

09.05.2026, 20:41

Macarıstanda keçirilən son parlament seçkilərində qalib gələn “Tisza” partiyasının lideri Peter Madyar andiçmə mərasimindən sonra rəsmi olaraq Macarıstanın yeni Baş naziri vəzifəsinə başlayıb.

Oxu24.com  xəbər verir ki, bununla ölkədə uzun illər davam edən siyasi rəhbərlik dəyişib.

Aprelin 12-də keçirilən ümumi seçkilərdə qalib gələn “Tisza” lideri Milli Assambleyanın açılış iclasında and içib və rəsmi şəkildə hökumət başçısı kimi fəaliyyətə başlayıb.

199 yerlik Milli Assambleyada keçirilən səsvermədə “Tisza” partiyası 141 mandat qazanıb. Səsvermənin nəticəsinə əsasən, Peter Madyar Baş nazir vəzifəsinə təsdiqlənib.

Bu nəticə ilə Viktor Orbanın 16 illik Baş nazirlik dövrü sona çatıb.