Qaynar xətt:

(+99450) 247 90 86

Hörmüz boğazında hərəkət tam dayandı: Tankerlər geri qaytarılır 

Hörmüz boğazında hərəkət tam dayandı: Tankerlər geri qaytarılır 

DÜNYA

169

19.04.2026, 22:50

Bazar günü Hörmüz boğazında gəmilərin hərəkətində tam durğunluq müşahidə olunub. Gəmilərin izlənməsi məlumatlarına əsasən, gün ərzində bir dənə də olsun tanker boğazı keçməyib.

Oxu24.com  xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Məlumata görə, İran silahlı qüvvələri Fars körfəzindən çıxan və mayeləşdirilmiş neft qazı daşıyan iki sanksiyalı tankerin yolunu kəsərək onları qəfil geri qaytarıb.

“Marine Tracker” gəmi izləmə saytının məlumatları boğazın hər iki tərəfində çox sayda gəminin lövbər saldığını göstərir. Digər gəmilər isə su yoluna daxil olmamaq üçün dairəvi hərəkət edərək gözləmə mövqeyi tutublar. Bildirilir ki, boğaza yalnız İran bayrağı altında üzən kiçik gəmilər və yedək gəmiləri daxil ola bilib. Hazırda bölgədə dəniz nəqliyyatının tamamilə iflic olduğu vurğulanır.