Türkiyədən acı xəbər: Hərbçilər həlak oldu
12 Noyabr 2026, 21:26
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
833
29.03.2026, 20:09
İndoneziya hökuməti martın 28-dən 16 yaşdan aşağı uşaqların sosial media platformalarına girişini qadağan edib.
Oxu24.com İndoneziya mediasına istinadla xəbər verir ki, bu qərarla İndoneziya Cənub-Şərqi Asiyada uşaqların "YouTube", "TikTok", "Facebook", "Instagram", "Threads", "X", "Bigo Live" və "Roblox"da hesab açmalarını qadağan edən ilk ölkə olub.
Hökumətdən bildirilib ki, qadağa uşaqları kiberhücumdan, onlayn fırıldaqçılıqdan və asılılıqdan qorumaq məqsədi daşıyır. Həmçinin qaydalara əməl etməyən operatorların cərimələr və girişin bloklanması da daxil olmaqla, inzibati tədbirlərə məruz qalacağı vurğulanıb.
İndoneziyanın rabitə və rəqəmsal işlər naziri Meutya Hafid qeyd edib ki, "X" sosial şəbəkəsi yetkinlik yaşına çatmayanlara məxsus hesabları müəyyənləşdirərək deaktiv etmək öhdəliyi götürüb, "Roblox" isə hökuməti 13 yaşdan kiçik istifadəçilər üçün oflayn rejimə keçmək planları barədə məlumatlandırıb.
"TikTok"un açıqlamasında nazirliklə sıx məsləhətləşmələr apararaq 16 yaşdan aşağı uşaqların hesabları ilə bağlı müvafiq tədbirlərin görülməsi də daxil olmaqla, qaydalara riayət etməyə sadiq olduğunu bildirib.
Qadağalar İndoneziyada təxminən 70 milyon uşağı əhatə edəcək.
Qeyd edək ki, Avstraliya ötən ilin dekabrında dünyada ilk dəfə olaraq uşaqlar üçün sosial media qadağası tətbiq edib. Bəzi Avropa ölkələri və Malayziya da oxşar tədbirləri nəzərdən keçirir.(milli.az)
21:38 / 12 Noyabr 2026
1
21:26 / 12 Noyabr 2026
213
21:19 / 12 Noyabr 2026
47
21:04 / 12 Noyabr 2026
57
20:55 / 12 Noyabr 2026
106
20:42 / 12 Noyabr 2026
100
20:26 / 12 Noyabr 2026
102
20:14 / 12 Noyabr 2026
92
20:08 / 12 Noyabr 2026
101
20:05 / 12 Noyabr 2026
98
19:59 / 12 Noyabr 2026
90
19:49 / 12 Noyabr 2026
101
19:36 / 12 Noyabr 2026
114
19:31 / 12 Noyabr 2026
107
19:19 / 12 Noyabr 2026
116
19:15 / 12 Noyabr 2026
144
19:09 / 12 Noyabr 2026
103
19:03 / 12 Noyabr 2026
111
18:58 / 12 Noyabr 2026
114
18:50 / 12 Noyabr 2026
117
18:42 / 12 Noyabr 2026
1446
18:40 / 12 Noyabr 2026
109
18:32 / 12 Noyabr 2026
427
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.