Qaynar xətt:

(+99450) 247 90 86

İranın zənginləşdirilmiş uran ehtiyatları dağıntılar altında qalıb

İranın zənginləşdirilmiş uran ehtiyatları dağıntılar altında qalıb

DÜNYA

168

15.03.2026, 20:20

İranın zənginləşdirilmiş uran ehtiyatları hazırda dağıntılar altında qalıb və Tehran onların çıxarılması ilə bağlı hər hansı plan nəzərdən keçirmir.

Oxu24.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi CBS telekanalında yayımlanan “Face the Nation” proqramında bildirib.

Nazirin sözlərinə görə, ötən ilin iyununda İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra təxminən 440 kiloqram zənginləşdirilmiş uran dağıntılar altında qalıb.

“Bizim nüvə obyektlərimiz hücuma məruz qalıb və hər şey dağıntılar altındadır. Əlbəttə, bu ehtiyatları çıxarmaq mümkündür, lakin bu yalnız Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında həyata keçirilə bilər. Əgər belə qərar qəbul etsək, bu proses Agentliyin nəzarəti ilə baş tutacaq. Amma hazırda bizim belə planımız yoxdur”, – deyə Əraqçi bildirib.

O əlavə edib ki, ABŞ və İsrailin İrana qarşı davam edən bombardmanları fonunda həmin ehtiyatların çıxarılması və ya seyrəldilməsi ilə bağlı hər hansı danışıqlar aparılmır.

Əraqçi İranın gələcəkdə bu ehtiyatlardan imtina edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib ki, bu məsələ yalnız mümkün danışıqlar çərçivəsində müzakirə oluna bilər:

“Əgər gələcəkdə ABŞ və ya digər tərəflərlə danışıqlara başlamaq qərarına gəlsək, bəlkə də nə təklif edəcəyimizi müəyyən edərik. Amma hazırda heç bir təklif yoxdur”, – deyə o vurğulayıb.APA