Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ İranı bu raketlərlə VURUR - FOTO 

ABŞ İranı bu raketlərlə VURUR - FOTO 

DÜNYA

66

28.02.2026, 21:57

ABŞ ordusu İrana zərbə endirmək üçün "Tomahawk" raketlərindən və çoxlu sayda qırıcı təyyarədən istifadə edir.

Oxu24.com  oxu.az-a istinadən xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Mənbələr bildirir ki, ABŞ havadan və dənizdən zərbələr endirir. Əməliyyatda çox sayda qırıcı təyyarə iştirak edir və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərindən "Tomahawk" raketləri atılır. Amerika tərəfi zərbələrin İrandakı hərbi hədəflərə yönəldiyini iddia edirlər.

 

Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Kats əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. "Aslanın nərəsi" adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.