Türkiyə ordusunun Suriyanın İdlib şəhərindəki mövqelərinin atəşə tutulması nəticəsində 1 hərbçi şəhid olub. 3 əsgər yaralanıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, hücum Suriya ordusunun nəzarətindəki bölgədən təşkil olunub. 10 nömrəli müşahidə məntəqəsinə bir neçə mərmi düşüb.
Hadisədən sonra Türkiyə ordusu əks hücuma keçib. Hücumun təşkil edildiyi mövqelər intensiv atəşə tutulub. Əraziyə helikopter və qırıcılar cəlb edilib. Türkiyə qarşıdurma barədə Rusiya tərəfinə məlumat verilib.
Oxu24.com
ŞƏRHLƏR