Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15014
az

Rus şair Kəlbəcərdəki məşhur məbədi erməni kilsəsi kimi təqdim edən yeni film hazırladı-

09:3228 İyun, 2019
690
DÜNYA
  • A
 
Biz Xudavəngin burada yaşamış xristian Azərbaycan türklərinin  abidəsi olduğunu isbatlamalıyıq...

Rusiyanın ermənipərəst şairlərindən biri olan Viktor Konoplyov Azərbaycanın 27-ci ildir ki, işğal altında qalan Kəlbəcər rayonundakı Xudavəng məbədini erməni monastırı kimi təqdim edən yeni, "Fəth olunmaz Artsax" adlı  film hazırlayıb.

Moderator.az xəbər verir ki, bu haqda Rusiyada nəşr edilən erməni portallarından biri məlumat yayıb.

Xatırladaq ki, Xudavəng monastır kompleksi ("Xotavəng monastırı" – farscadan tərcümədə "təpədə yerləşən"; "Dədəvəng monastırı") — Kəlbəcərdən şərqdə, Ağdərə-Kəlbəcər magistral yolunun  kənarındakı Bağlıpəyə kəndindən aşağı, yəni Ağdərə tərəfdə, Kəlbəcər rayon mərkəzinin 29 kilometrliyində yerləşən qədim Azərbaycan məbəd kompleksidir. VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib. XV əsrlərdə bu abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib.

Məlumatlar göstərir ki, Həsən Cəlalın arvadı Minə Xatun burada dəfn olunub, anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Maraqlısı odur ki, üstü günbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından istifadə olunmuşdur. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var idi. Ağdərədən və Basarkeçərdən gələn ermənilər həmin xaç və yazıları balta ilə çaparaq yox etmiş və beləliklə, tarixi saxtalaşdırmağa çalışmışlar. Abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilindən – bir dərədə yığılaraq suxurlaşmış və kristallaşmış gildən əmələ gəlmişdir.
Abidə dəfələrlə ermənilərin təcavüzünə məruz qalmışdır. Sovet dövründə Ağdərə rayon partiya komitəsinin  1-ci katibinin göstərişi ilə abidə-kompleks taxtadan çəpərlənmişdi. Lakin Kəlbəcər camaatı həmin çəpəri dağıtmışlar...

Ermənilər 30 ilə yaxındır ki,  yenə də başqa vasitələrdən istifadə edərək xaricdə göstərdikləri kinofilmlərdə çox ustalıqla  İslamın qəbulundan öncə bu ərazidə yaşamış xristian Azərbaycan türklərinin  abidəsini erməni kilsəsi kimi təqdim edir və “ulu Artsax”ın maddi-mədəniyyət abidəsinin türklər tərəfindən dağıdılması” haqqında dünya ictimayyətinə saxta tarixi məlumatlar çatdırırlar.

P.S. Tarixçilərimiz, memarlarımız, diplomatlarımız, diaspor nümayəndələrimiz  və s. işğal altındakı torpaqlarımızdakı digər xristian abidələri kimi Xudavəngin də İslamı qəbul etməmişdən öncə xaçpərəst kimi yaşamış Azərbaycan türklərinin ibadətgahı olması istiqamətində kompleks beynəlxalq təbliğat aparmalıdır...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli görüntü: İt  azərbaycanlının  barmağını qopardı
Tükürpədən görüntü: Suya salınan pişik
Şok görüntü: Mitinqə çıxan adamlar snayperlə vuruldu

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi