Avqustda təşkil olunacaq Pan-erməni oyunlarında İran da iştirak edəcək. Ermənistan və Erməni diasporu tərəfindən 2 ildən bir keçirilən idman yarışlarında məqsəd dünyada yaşayan erməniləri idman vasitəsi bir araya toplamaqdır.
Femida.az xəbər verir ki, bu dəfəki yarışlar Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində təşkil olunacaq.
Qeyd edək ki, son günlərə qədər iddia olunurdu ki, İran nümayəndə heyəti, Azərbaycan və İran arasındakı əlaqələri zədələməmək üçün bu yarışlarda iştirak etməyəcək. Lakin İran tərəfdən verilən rəsmi açıqlamaya görə, İran nümayəndə heyəti oyunlara ən çox idmançı göndərən ölkələrdən olacaq.
Hazırda İrandan oyunlar üçün 245 müraciət daxil olub. Bunlardan 36-ı Təbriz, 39-u İsfahan, təxminən 170 müraciət isə paytaxt Tehrandan gəlib.
Qeyd edək ki, oyunlara 5 min erməninin qatılacağı gözlənilir. Onların arasında ABŞ, Rusiya, Fransa, Livan, Misir, Avstraliya və İranda yaşayan ermənilər var.
Pan-erməni oyunları 6 avqustda Xankəndində start götürəcək.
Oxu24.com
ŞƏRHLƏR