8 aydır nazirliyə rəhbərlik edir: Nə adı açıqlanır, nə də üzü görünür
14 Noyabr 2026, 21:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
739
12.01.2026, 20:29
İranda mümkün siyasi dəyişikliklərin ölkənin ərazi bütövlüyünə təsiri ilə bağlı müzakirələr davam edir. Bəs, rejim dəyişərsə, İran parçalanma riski ilə üzləşə bilərmi?
Oxu24.com mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda İran dərin böhran mərhələsindən keçir.
Onun sözlərinə görə, sosial-iqtisadi problemlər ölkədə kütləvi etiraz aksiyalarına, hətta iğtişaşlara səbəb olur. Bununla belə, proseslərin hansı istiqamətdə inkişaf edəcəyini indidən demək tezdir:
“İğtişaşların yatırılması, kütləvi etiraz dalğasının zamanla səngiməsi qətiyyən istisna edilmir. Hadisələrin gedişatı hələ tam aydın deyil”.
Politoloq qeyd edib ki, İranla bağlı beynəlxalq siyasi iradə mərkəzlərinin mövqeləri ziddiyyətlidir. Onun fikrincə, ölkədə xaosun yaranmasında və parçalanmada maraqlı olan güclər olduğu kimi, İranın vahid və unitar dövlət kimi mövcudluğunun qorunmasında maraqlı olan ölkələr də mövcuddur.
“Hazırda bu iki xətt arasında ciddi ziddiyyətlər var. Bəzi beynəlxalq siyasi iradə mərkəzləri İranın parçalanmasında qətiyyən maraqlı deyillər. Əksinə, indiki dövlət quruluşunun saxlanmasına daha çox üstünlük verirlər”.
Onun sözlərinə görə, əgər İranda dəyişikliklər planlaşdırılırsa, böyük ehtimalla beynəlxalq güclər yalnız rejim dəyişikliyinə üstünlük verə bilərlər:
“Bütövlükdə dövlətin parçalanaraq bölünməsi məsələsində maksimum ehtiyatlı davranılır. Mövcud situasiya İranın parçalanıb dağılması ilə bağlı qənaətlərin reallaşacağını düşünməyə ciddi əsas vermir”.
Politoloqun fikrincə, hazırkı mərhələdə İranın gələcəyi ilə bağlı əsas ssenari dövlətin deyil, məhz siyasi rejimin dəyişməsi ehtimalı üzərində cəmlənir.
22:19 / 14 Noyabr 2026
1
21:55 / 14 Noyabr 2026
69
21:32 / 14 Noyabr 2026
90
21:22 / 14 Noyabr 2026
111
21:11 / 14 Noyabr 2026
482
21:04 / 14 Noyabr 2026
442
21:02 / 14 Noyabr 2026
99
20:56 / 14 Noyabr 2026
217
20:50 / 14 Noyabr 2026
108
20:38 / 14 Noyabr 2026
107
20:23 / 14 Noyabr 2026
1028
19:54 / 14 Noyabr 2026
105
19:50 / 14 Noyabr 2026
106
19:36 / 14 Noyabr 2026
1686
19:15 / 14 Noyabr 2026
141
19:12 / 14 Noyabr 2026
135
19:05 / 14 Noyabr 2026
125
18:50 / 14 Noyabr 2026
135
18:43 / 14 Noyabr 2026
141
18:21 / 14 Noyabr 2026
921
18:09 / 14 Noyabr 2026
151
18:06 / 14 Noyabr 2026
588
18:03 / 14 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.