Misir millisi skandalla qarşı-qarşıya qalıb.
Metbuat.az xarici mətbuata istinadən bildirir ki, Məhəmməd Salahın yaxın dostu, gənc futbolçu Əmr Varda milli komandanın heyətindən çıxarılıb. Buna səbəb onun ingilis model Merhan Kellerlə erotik yazışmalarının yayılması olub. Mesajları Keller öz hesabında paylaşaraq futbolçunu ifşa edib, onu narahat etdiyini bildirib.
Vardanın "İnstagram"da göndərdiyi mesajları və videoları "Tvitter"də paylaşan model böyük skandal yaradıb. Hadisə Misirdə sensasiya doğurub. Üstəlik, modelin paylaşımlarından sonra bir neçə qadın modelə yazaraq futbolçunun onlara da bu cür mesajları atdığını bildiriblər.
Misir Futbol Federasiyasi gənc oyunçunun millidən çıxarılması qərarını alıb.
Oxu24.com
ŞƏRHLƏR