8 aydır nazirliyə rəhbərlik edir: Nə adı açıqlanır, nə də üzü görünür
14 Noyabr 2026, 21:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
748
12.01.2026, 10:56
Türkiyə aralarında dövlət qulluqçularının da olduğu 81 nəfər FETO əməliyyatı zamanı saxlanıldı
Oxu24.com Türkiyənin "Cumhuriyet” qəzetinə istinadən xəbər verir ki,Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İstanbul, Ankara, İzmir, Diyarbəkir və Balıkesir mərkəzli FETÖ-yə qarşı bu gün səhər saatlarında eyni vaxtda keçirilən əməliyyatlar zamanı, aralarında aktiv dövlət qulluqçularının da olduğu 81 şübhəlinin saxlanıldığını açıqlayıb.
Nazir Ali Yerlikaya sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, əməliyyatlar İstanbul, Ankara, Diyarbəkir, Balıkesir, Biləcik, Bursa, Ərzincan, Hatay, İzmir, Kayseri, Kütahya, Manisa, Muğla, Sivas, Şanlıurfa və Rizə vilayətlərində həyata keçirilib.
Məlumata görə, Baş Polis İdarəsinin (EGM) KOM və Kəşfiyyat Baş İdarələrinin, eləcə də Respublika Baş Prokurorluqlarının koordinasiyası ilə aparılan araşdırmalar nəticəsində gizli şahiddən əldə olunan rəqəmsal materiallardakı məlumatlar əsasında saxlanılan şəxslərin FETÖ-nün gizli rabitə proqramı olan ByLock istifadəçisi olduqları, təşkilatla əlaqəli şirkətlərdə qeydiyyatlarının olduğu, FETÖ-nün “Polis Məxfi Strukturunda” məsul vəzifələrdə fəaliyyət göstərdikləri müəyyən edilib.
Həmçinin bildirilib ki, şübhəlilər təşkilatın öz daxilində formalaşdırdığı məxfi struktur çərçivəsində iyerarxiyaya uyğun şəkildə hərəkət edib, müxtəlif vəzifə və statuslara malik təşkilat üzvlərinin məsul olduqları polis əməkdaşları ilə təşkilati görüşlər keçirdikləri, bütün rütbələrdən olan polis əməkdaşlarını təşkilatın daxili kodlaşdırma sistemi ilə şifrələdikləri, təşkilata cəlb etməyə çalışdıqları polis əməkdaşları ilə bağlı müxtəlif fəaliyyətlər planlaşdırdıqları, eləcə də polis əməkdaşlarını ailə vəziyyəti, xidmət yerinin dəyişdirilməsi və sağlamlıq durumlarınadək izlədikləri aşkarlanıb.
Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.
23:01 / 14 Noyabr 2026
2
22:28 / 14 Noyabr 2026
328
22:19 / 14 Noyabr 2026
59
21:55 / 14 Noyabr 2026
87
21:32 / 14 Noyabr 2026
104
21:22 / 14 Noyabr 2026
135
21:11 / 14 Noyabr 2026
600
21:04 / 14 Noyabr 2026
658
21:02 / 14 Noyabr 2026
106
20:56 / 14 Noyabr 2026
475
20:50 / 14 Noyabr 2026
116
20:38 / 14 Noyabr 2026
113
20:23 / 14 Noyabr 2026
1174
19:54 / 14 Noyabr 2026
109
19:50 / 14 Noyabr 2026
114
19:36 / 14 Noyabr 2026
1810
19:15 / 14 Noyabr 2026
146
19:12 / 14 Noyabr 2026
145
19:05 / 14 Noyabr 2026
130
18:50 / 14 Noyabr 2026
140
18:43 / 14 Noyabr 2026
145
18:21 / 14 Noyabr 2026
977
18:09 / 14 Noyabr 2026
160
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.