Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: Rusiyada TƏYYARƏ QƏZASI - 2 ölü, 22 yaralı

SON DƏQİQƏ: Rusiyada TƏYYARƏ QƏZASI - 2 ölü, 22 yaralı

DÜNYA

993

27.06.2019, 10:07

  Rusiyanın Buryatiya Respublikasında təyyarə qəzası baş verib.
Oxu24.com xəbər verir ki, An-24 sərnişin təyyarəsi qəza enişi edib.
Bildirilir ki, Buryatiyanın şimalında yerləşən hava limanında baş vermiş hadisədə 2 pilot həlak olub,  22 nəfər xəsarət alıb. Onlardan 7 nəfəri xəstəxanaya yerləşdirilib. Təyyarədəki 42 nəfər və 1 uşaq xilas edilib. İlkin məlumata görə, təyyarə uçuş-enmə zolağından 100 metr kənara çıxaraq binaya çırpılıb. Həmin an təyyarə alovlanıb. Qeyd edək ki, təyyarə Nijneanqarskdan Ulan-Udey istiqamətində uçurmuş.  Səbəb kimi mühərriklərdən birində nasazlığın olması göstərilir.