Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ: Vatikan Maduro üçün Rusiyada sığınacaqla bağlı gizli DANIŞIQLAR APARIB

news/2026_01_10/upload_2026_01_05t130411z_2142608073_rc20viav03qn_rtrmadp_3_usa_venezuela_maduro_new_york_pic_32ratio_900x600_900x600_14511_1768030257.jpg

DÜNYA

120

10.01.2026, 11:25

ABŞ-da yayımlanan məlumatlara görə, Vatikan Venesuela Prezidenti Nikolas Maduroya Rusiyada siyasi sığınacaq verilməsi məsələsi ilə bağlı gizli danışıqlar aparıb.
Oxu24.com Lenta.ru saytına istinadən xəbər verir ki, bu danışıqlar noyabr ayının sonlarında baş tutub. Məlumata əsasən, Vatikanın dövlət katibi, kardinal Pyetro Parolin ABŞ-ın Müqəddəs Taxt-Tacdakı səfiri Brayan Berçi təcili şəkildə görüşə dəvət edib. Görüş zamanı Moskvanın Venesuela liderinə sığınacaq verməyə hazır olduğu iddia olunub.
Mənbənin yazdığına görə, Maduroya vəzifədən getməsi və “pullarından rahat şəkildə istifadə etməsi” təklif edilib.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın Venesuelada mümkün hərbi əməliyyat öncəsi Nikolas Maduroya “dünyanın istənilən yerinə getməyi” təklif etdiyini açıqlamışdı. O, eyni zamanda Ankaranın Venesuela liderini qəbul etmək üçün ABŞ-dan hər hansı müraciət almadığını vurğulamışdı.