Qaynar xətt:

(+99450) 247 90 86

“Nümayişlərdə “düşmən muzdluları” iştirak edir” - Tehran prokuroru

news/2026_01_02/protest_in_iran_december_2025_specialeurasia_400x267_1767359320.png

DÜNYA

133

09.01.2026, 21:11

İranın paytaxtı Tehranda dekabrın 28-dən başlayan kütləvi etirazlarla bağlı təhlükəsizlik tədbirləri ən yüksək həddə çatdırılıb.

Oxu24.com xəbər verir ki, Tehran prokuroru Əli Salehi vətəndaşlara müraciət edərək, onlara gərginliyin yüksək olduğu küçələrdən uzaq durmağı və evlərini tərk etməməyi tapşırıb.

Prokuror nümayişlərdə “düşmən muzdluları”nın iştirak etdiyini və onların məqsədli şəkildə qırğınlar törətdiyini iddia edib. O, asayişi pozanlara və soyuq silah daşıyanlara qarşı heç bir tolerantlıq göstərilməyəcəyini, bu şəxslərin “müharibə cinayəti” maddəsi ilə ən ağır şəkildə cəzalandırılacağını vurğulayıb.

Qeyd edək ki, yaranmış gərginlik və təhlükəsizlik riskləri səbəbindən Tehrandakı bütün məktəblər həftəsonuna qədər distant təhsil rejiminə keçib. İnsan hüquqları aktivistlərinin (HRANA) son hesabatına görə, aksiyalarda 8-i təhlükəsizlik əməkdaşı olmaqla, azı 42 nəfər həlak olub, 2277 nəfər isə saxlanılıb. Bəzi mənbələr ölü sayının artıq 46-nı keçdiyini bildirir.

Xatırladaq ki, hazırda İranın 27 vilayətində 90-dan çox şəhəri əhatə edən etirazlar ölkə iqtisadiyyatına da ciddi zərbə vurub. Dolların kəskin bahalaşması fonunda Tehranın mərkəzi bazarı başda olmaqla, bir çox ticarət mərkəzləri fəaliyyətini dayandırıb.Bakupost.az