Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyaya aid olduğu ehtimal edilən daha bir tanker Türkiyə sahillərində PUA ilə vurulub 

Rusiyaya aid olduğu ehtimal edilən daha bir tanker Türkiyə sahillərində PUA ilə vurulub 

DÜNYA

650

08.01.2026, 16:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə sahilləri yaxınlığında Rusiyanın “kölgə donanması”na aid olduğu ehtimal edilən “Elbus” adlı neft tankerinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

Oxu24.com APA -ya istinadən xəbər verir ki, bu barədə “Ortadoğu Gazetesi” məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində Palau bayrağı altında üzən tanker Kastamonudan təxminən 50 km aralıda gövdəsinin yuxarı hissəsindən zədələnib.

Ekspertlərin bildirdiyinə görə, zədənin xarakteri hücumun kamikadze dron vasitəsilə həyata keçirildiyini göstərir. Hazırda tanker İnebolu limanına doğru yedəklə aparılır.