Qonşuda vəba yayılır: 200 nəfər xəstəxanaya yerləşdirildi
03 Oktyabr 2026, 09:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
861
07.01.2026, 23:59
Yaponiyanın Hokkaydo bölgəsində yerləşən Biei, dalğalı təpələri və ləkəli əkin sahələri ilə tanınır. Yayda çiçək sahələri, qışda isə mavi gölməçəsi ilə diqqəti cəlb edir.
Ötən il şəhər rəhbərliyi həddindən artıq turist axınının qarşısını almaq üçün diqqətəlayiq bir addım atıb. Foto həvəskarlarının sevimlisi olan ağcaqayın ağacları kəsilib. Lakim keçən zaman gözlənilən effekti göstərməyib.
Oxu24.com bildirir ki, şəhərin açıqcalara bənzər mənzərəsi milyonlarla insanı cəlb edib.
Təxminən 9600 əhalisi olan Biei son illərdə turist axını ilə üzləşib. Şəhər Yaponiyanın "mavi su ləkələrindən" biri kimi tanınır. Xüsusilə qış aylarında Biei Şirogane Mavi Gölməçəsi sosial media paylaşımları vasitəsilə diqqət çəkir.
2024 maliyyə ilində şəhərə gələn ziyarətçilərin sayı 2,68 milyona çatıb. Xarici ziyarətçilərin sayının artması dar yollara və kənd təsərrüfatı sahələrinə ciddi təzyiq göstərib. Fermerlər şəkil çəkmək istəyən qrupların əkin sahələrinə girdiyini və tarlalara zərər verdiyindən şikayətləniblər.
Niyə ikonik ağcaqayın ağacları kəsildi?
Şəhəri əhatə edən ağcaqayın ağacları illər ərzində “İnstaqram” paylaşımlarının diqqət mərkəzinə çevrilib. Ağaclar Yeddi Ulduz Ağacı kimi tanınan yerə çox yaxın idi. Ziyarətçilər mükəmməl şəkil çəkmək üçün kənd təsərrüfatı sahələrinə girəndə gərginlik artıb.
Yerli istehsalçılar ağacların təmin etdiyi kölgənin məhsuldarlığı azaltdığını iddia ediblər. Şikayətlərdən sonra bələdiyyə ağacların kəsilməsini təsdiqləyib. Qərar sosial mediada geniş qəzəbə səbəb olub.
"Küləyə və qara davam gətirən ağaclar turizm səbəbindən kəsilir" kimi şərhlər mübahisənin miqyasını daha da artırıb.
Ağaclar yoxa çıxdı, turist marşrutu dəyişdi
Təxminən bir il keçib, lakin ziyarətçilərin davranışında heç bir əhəmiyyətli dəyişiklik olmayıb. "Japan Today" qəzetinin məlumatına görə, dekabr ayında avtobusla gələn qruplar kəsilmiş ağaclara maraq göstərməyiblər. Ziyarətçilər birbaşa "Yeddi Ulduz Ağacı"nın ətrafındakı əraziyə gediblər. Fotoşəkil çəkmə üçün dayanacaq qısa olub və sonra ərazi tərk edilib.
Eyni dövrdə şəhərin başqa bir hissəsindəki Milad Ağacı yeri əvvəlki illərin izdihamını saxlayıb. Təhlükəsizlik işçiləri fit səsləri ilə nəqliyyatın hərəkətini tənzimləməyə çalışıblar.
Biei Turizm Assosiasiyası servis xidmətlərini işə salıb və işçi sayını artırıb. Baş katibin müavini Takeo İzumi vurğulayıb ki, nəqliyyat vasitələrinin və tur avtobuslarının hərəkətinə məhdudiyyət qoyulmadan daimi həll yolu tapmaq çətindir.
09:18 / 03 Oktyabr 2026
47
09:15 / 03 Oktyabr 2026
46
09:13 / 03 Oktyabr 2026
37
00:24 / 03 Oktyabr 2026
138
23:52 / 02 Oktyabr 2026
115
23:39 / 02 Oktyabr 2026
87
23:31 / 02 Oktyabr 2026
464
23:27 / 02 Oktyabr 2026
99
23:24 / 02 Oktyabr 2026
108
23:22 / 02 Oktyabr 2026
87
23:15 / 02 Oktyabr 2026
105
23:09 / 02 Oktyabr 2026
102
22:57 / 02 Oktyabr 2026
330
22:52 / 02 Oktyabr 2026
82
22:37 / 02 Oktyabr 2026
99
22:28 / 02 Oktyabr 2026
192
22:27 / 02 Oktyabr 2026
84
22:25 / 02 Oktyabr 2026
297
22:23 / 02 Oktyabr 2026
98
22:14 / 02 Oktyabr 2026
94
22:09 / 02 Oktyabr 2026
84
21:56 / 02 Oktyabr 2026
115
21:55 / 02 Oktyabr 2026
1304
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.