ABŞ İrana gedən 35 gəminin marşrutunu dəyişdirdi
02 Avqust 2026, 22:22
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
623
06.01.2026, 19:00
Tramp administrasiyası Qrenlandiyanı ABŞ-yə birləşdirmək mövqeyini hər keçən gün daha da ciddiləşdirir. Bu gün Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller CNN-ə müsahibəsində bildirib ki, Qrenlandiya ABŞ-nin tərkib hissəsinə çevrilməlidir. O, adanın hərbi yolla ələ keçirilməsi ehtimalını da istisna etməyib və prezident Trampın mövqeyini də əsas kimi göstərib.
Bəs təxminən 2,16 milyon km² ərazisi ilə dünyanın ən böyük adası olan, Şimali Amerikaya coğrafi baxımdan yaxın olsa da, siyasi olaraq Avropaya – Danimarkaya bağlı olan, Arktika və Atlantik okeanı arasında yerləşən, cəmi 60 min nəfərə yaxın əhalisi olan, ərazisinin təxminən 80%-i buzla örtülü Qrenlandiyanı ABŞ üçün cəlbedici və strateji baxımdan əhəmiyyətli edən nədir?
Oxu24.com xəbər verir ki, analitiklər və sahə ekspertləri məsələni yalnız “ərazi ələ keçirmək” deyil, qlobal güc balansı, təhlükəsizlik və resurslar kontekstində dəyərləndirirlər.
Qrenlandiyanı cəlbedici edən əsas faktor strateji-coğrafi mövqedə yerləşməsidir. “Buzlar adası” Şimali Atlantik və Arktika arasında açar nöqtədədir, ABŞ-Avropa-Rusiya xəttində təhlükəsizlik qapısı rolunu oynayır, şimal qütbünə ən yaxın iri ərazidir. Rusiya və Çinin Arktikadakı fəallığı artdıqca, Qrenlandiyanın əhəmiyyəti ABŞ üçün dəfələrlə yüksəlib.
5602fc56-b5de-3840-a157-3643a2027ff9_825.jpeg (183 KB)
Qrenlandiyada artıq ABŞ-nin “Thule” (Pituffik) hərbi hava bazası yerləşir, erkən xəbərdarlıq radarları, raket hücumlarını aşkar edən sistemlər var. Bu baza Rusiyanın qitələrarası raketlərinə qarşı ABŞ-nin ilk müdafiə xəttidir.
Qrenlandiya ABŞ üçün Avropadan daha vacib ola bilən nadir ərazilərdəndir. Arktika artıq “soyuq region” deyil, geosiyasi döyüş meydanıdır. Çin Qrenlandiyada mədənlərə, limanlara maraq göstərir, özünü “Arktikaya yaxın dövlət” elan edib. Rusiya Arktikada hərbi bazaları genişləndirir, yeni dəniz yollarına nəzarət edir. ABŞ Qrenlandiyanı Çin və Rusiyanın təsirindən qorumaq tam olaraq öz nəzarətinə almaq istəyir. Qrenlandiya eyni zamanda ABŞ üçün təbii ehtiyatlar baxımdan gələcəyin sərvəti kimi qəbul olunur.
Qrenlandiyada elektronika və hərbi sənaye üçün nadir torpaq elementləri, uran, neft və qaz ehtiyatları, böyük şirin su ehtiyatları, özündə nəhəng şirin su ehtiyatları saxlayan buzlaqlar mövcuddur. İqlim dəyişikliyi səbəbindən buzlar əridikcə, bu resurslara çıxış asanlaşır. Arktik buzlar əridikcə, Asiya ilə Avropa arasında daha qısa dəniz yolları açılır, ticarət və hərbi gəmilər üçün strateji keçid yaranır. Qrenlandiya bu yolların tam mərkəzində yerləşir.
Qrenlandiyanı ələ keçirmək ideyası ABŞ tarixində bir neçə dəfə olub. Lakin deyəsən Tramp ideyanı reallaşdırmaq qərarına gəlib.
23:58 / 02 Avqust 2026
111
23:50 / 02 Avqust 2026
3858
23:49 / 02 Avqust 2026
113
23:48 / 02 Avqust 2026
23
23:39 / 02 Avqust 2026
107
23:30 / 02 Avqust 2026
53
23:27 / 02 Avqust 2026
128
22:22 / 02 Avqust 2026
67
21:18 / 02 Avqust 2026
89
21:10 / 02 Avqust 2026
117
20:35 / 02 Avqust 2026
118
20:25 / 02 Avqust 2026
124
20:14 / 02 Avqust 2026
588
20:09 / 02 Avqust 2026
168
19:48 / 02 Avqust 2026
2310
19:47 / 02 Avqust 2026
117
19:43 / 02 Avqust 2026
490
19:32 / 02 Avqust 2026
107
19:32 / 02 Avqust 2026
111
19:27 / 02 Avqust 2026
136
19:24 / 02 Avqust 2026
552
19:00 / 02 Avqust 2026
126
18:54 / 02 Avqust 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.