ABŞ Venesuela neftini satmağa başladı
07 Yanvar 2026, 22:12
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
909
06.01.2026, 13:49
Məlumdur ki, Azərbaycan ərazisi seysmik zona olub. Zəlzələ, eləcə də, vulkan püskürməsi, daşqın və digər təbii fəlakətlərin dağıdıcı zərbəsinə məruz qalıb.
1139-cu ildə sentyabrın 30-da, Gəncədə baş vermiş 9 ballıq güclü zəlzələ isə tarix boyu ən dağıdıcı zəlzələ kimi qeydə alınıb. Təsəvvür edin , zəlzələ o qədər güclü olub ki, nəticədə Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb.
Elə zəlzələnin şahidi, Gəncə sakini, alban tarixçisi və hüquqşünası Mxitar Qoş baş verən fəlakətin dəhşətini aydın şəkildə təsvir edir: "Areq ayının 18-ci günü, cümə günündən şənbəyə keçən gecə (30 sentyabr 1139-cu il, şənbə günü) Allahın şiddətli qəzəbi dünyaya töküldü. Yerin hiddəti və qüvvətli dağıntı dəhşətli qəzəblə bu Alban torpağına yetişdi. Bunun nəticəsində onun paytaxtı Gəncə də öz sakinlərini udaraq, cəhənnəmə atıldı" .
Bəzi mənbələrə görə, fəlakət zamanı 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub.
Qonşunun namərdliyi...
Dəhşətli zəlzələnin nəticəsi olaraq əhalinin bütün müdafiə xətti şökdü. Evi dağılmış, əzizlərinin ölümündən psixoloji zərbələr almış, köməksiz və çaşbaş Xalq ac, yoxsul vəziyyətə düşdü. Təxmininən 886 il əvvəlin bu günlərində bu faktı bilən qonşu gürcü çarı I Demetre şəhərə qarət məqsədi ilə hücum etdi.
Mxitar Qoş bu haqda yazır: "rəhmsizliklə və kobud şəkildə rəftar edir, sağ qalanların üstünə hücum edir və onları ya qılıncdan keçirir və ya özlərinə qul edirdilər. Onlar bu mühüm şəhərin birdən cəhənnəmə çevrilməsini, yığın-yığın qızıl və insan meyitləri qalağının bir-birinə qarışmasını görsələr də, şəhərə qarşı rəhmli olmaq haqqında düşünmədilər, qızıl və gümüş xəzinələrini qazıb apardılar, basqınlar və işgəncələri ilə camaata zəlzələnin özündən daha çox əzab verirdilər"
Beləliklə “qalib” Knyaz Gəncə qapılarının bir tayını qənimət kimi götürərək Gürcüstana Kutaisi rayonunun Gelati monastırına aparıldı. Qala qapılarının bir tayı hazırda oradadır. IV Davidin qəbri qarşısındakı divara bərkidilib orada saxlanılır. Ən pisi odur ki, Gelati monastrına gələnlərə guya gürcü çarının Gəncəni döyüşlə tutduğu və darvazanın zəfər rəmzi kimi Gürcüstana gətirildiyi fikri aşılanır. Əslində isə gürcü çarı I Demetre 1139-cu il Gəncə zəlzələsi zamanı şəhərin müdafiəsiz olmasından istifadə edərək bura qarət məqsədi ilə hücum edib.
Belə də dostluq, tərəfdaşlıq olar?
Həmçinin oxuyun
Gürcüstan və Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ilin noyabr ayının 18-də qurulub. Yəqin çoxunuz xatırlayırsınız ki, həmin illərdə - Zviad Qamsaxurdiya dövründə yaranan gürcü millətçiliyi yerli azərbaycanlılara qarşı çevrildi. Gürcü millətçiliyi Qafqazda Azərbaycanın milli mənafeyinə təhlükə törədirdi. Sonra, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra münasibət bir az yumuşaldı (amma əslində gizli və ya açıq şəkildə bu davam edir). Sonrakı illərdə Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar həcmində sərmayə yatırdı. Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında və Şərqdən Qərbə yük daşımalarının həyata keçirilməsində Gürcüstan əsas tranzit ölkələrdən birinə çevrildi. O da məlumunuz olsun ki, Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmir yolu isə Asiya və Avropa arasında effektiv nəqliyyat bağlantısı təmin edir. 2023-cü ildə Azərbaycan vasitəsilə Gürcüstan üzərindən 11 ölkəyə 25 milyard kubmetr təbii qaz ixrac edilmişdir. Yəni, Gürcüstan burda böyük qazanclar əldə etdi.
Müqayisə edək: 2012-ci il yekunlarına görə Azərbaycan və Gürcüstan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan çoxdur. 2024-cü ilin yanvar-oktyabr ayında isə bu rəqəm 1,093 milyard ABŞ dolları olub.
Bu ilin aprel ayında Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycana səfər etdi, mətbuata bir-birindən pafoslu açıqlamar verdi, dedi ki, əsrlər boyu xalqlarımız arasında bənzərsiz dostluq inkişaf edərək əməkdaşlığın gələcəkdə daha da möhkəmlənməsi üçün etibarlı zəmin yaradıb:” Bizim dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir”. Və sairə...
Farslar demiş:Xub!
Elə isə aradan keçən 886 ildə “dost-qardaş, mehriban qonşu “ Gürcüstan Gəncə darvazalarını Azərbaycana- Gəncəyə qaytarmaq haqqında bir dəfə niyə düşünməyib, yaxud da düşünmək istəmir?
Qeyd edək ki, sonuncu dəfə 2022-ci ildə Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun Gəncə qapılarının qaytarılması ilə bağlı Gürcüstanla danışıqların aparılmasına dair bəyanatı oldu. Gürcüstan XİN-in sözçüsü Mari Narçemaşvili bəyanata cavab verərək bildirib ki, Gəncə qapıları məsələsi ikitərəfli gündəlikdə yoxdur:"Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu, ölkələrimiz arasında, o cümlədən mədəniyyət sahəsində geniş əməkdaşlıq ilə təsdiqlənir. Gəncə qapıları məsələsinə gəlincə, bu, Gürcüstan və Azərbaycan arasında ikitərəfli gündəlikdə yoxdur. Müvafiq olaraq, bu məsələ Gürcüstan və Azərbaycan arasında Hökumətlərarası İqtisadi Komissiyanın mədəniyyət sahəsində əməkdaşlığın müxtəlif istiqamətlərini müəyyən edən protokolunda da öz əksini tapmayıb”.
Əntiqə Rəşid
22:21 / 07 Yanvar 2026
10
22:12 / 07 Yanvar 2026
21
22:00 / 07 Yanvar 2026
131
21:55 / 07 Yanvar 2026
31
21:52 / 07 Yanvar 2026
51
21:49 / 07 Yanvar 2026
33
21:46 / 07 Yanvar 2026
37
21:39 / 07 Yanvar 2026
37
21:28 / 07 Yanvar 2026
54
21:18 / 07 Yanvar 2026
62
21:08 / 07 Yanvar 2026
210
21:07 / 07 Yanvar 2026
67
20:56 / 07 Yanvar 2026
58
20:46 / 07 Yanvar 2026
52
20:35 / 07 Yanvar 2026
661
20:28 / 07 Yanvar 2026
69
20:23 / 07 Yanvar 2026
65
20:14 / 07 Yanvar 2026
882
20:11 / 07 Yanvar 2026
98
19:59 / 07 Yanvar 2026
515
19:59 / 07 Yanvar 2026
74
19:38 / 07 Yanvar 2026
83
19:35 / 07 Yanvar 2026
80
19:27 / 07 Yanvar 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.