Məşhur ufoloq Skott Uorinq "Google Maps" xəritəsinin köməyi ilə Antarktidada yadplanetli gəminin qəzaya uğradığını öyrəndiyini bildirib.
Oxu24.com ölkə.az-a istinadən bildirir ki, ufoloqun iddiasına əsasən, yadplanetli gəmi Antarktidanın şimalındakı adada qəzaya düşüb. Qəzadan sonra gəmi 450 metr buzun üzərində sürüşüb.
Uorinqin fikrinə əsasən, UNO çox böyük sürətlə buza çırpıldığı üçün yadplanetlilərin öldüyünü düşünür. Gəminin başqa sivilizasiyaya aid olduğu barədə isə Uorinq əminliklə danışır. Ufoloq dəfələrlə Antarktidanın insanları müşahidə edən yadplanetlilərin bazası olduğundan bəhs edib.
Bəzi ekspertlərin fikrinə əsasən, fotodakı gəmi yox, Ameliya Erhartın təyyarəsidir. Ameliya ilk pilot qadındır və itkin düşüb. Bir çoxları qadının okeanda həlak olduğunu düşünür.
Oxu24.com
ŞƏRHLƏR