Qaynar xətt:

(+99450) 247 90 86

İran ABŞ-a meydan oxuyur

İran ABŞ-a meydan oxuyur

DÜNYA

886

24.06.2019, 13:18

\"\"  ABŞ bilir ki, İran öz hava məkanının pozulmasının qarşısını sərt şəkildə almaq iqtidarındadır.
Oxu24.com -un Lenta.ru-ya  istinadən  xəbərinə görə, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Hüseyn Xanzadi deyib.
Onun sözlərinə görə, ABŞ ən ağıllı və ən təkmil patrul təyyarəsini qadağan olunmuş zonaya göndərib: “Hamı gördü ki, həmin pilotsuz uçuş aparatı dayandırıldı və biz bunu dəfələrlə təkrar edə biləcəyimizi deyirik”. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyunun 24-də İrana qarşı yeni sanksiyaları açıqlayacaq. Növbəti sanksiyalar PUA-nın vurulmasına və Hörmüz boğazında iki tankerə hücuma cavab olaraq tətbiq ediləcək.