Makron Trampa zəng vurdu
09 Mart 2026, 01:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1326
03.01.2026, 22:46
Ötən gecə Venesuela prezidenti Nikolas Maduronun ABŞ tərəfindən öz ölkəsində tutulması və ABŞ-yə aparılması dünya mediasında şok effekti yaradıb.
Oxu24.com xəbər verir ki,ABŞ tarixində bu ilk hadisə deyil.
Bundan öncə də başqa ölkənin prezidenti ABŞ tərəfindən həbs olunub.Onların taleyi kifayət qədər acı olub.
Belə bir hadisə 1990-cı ildə də baş verib.Panama prezidenti Manuel Norieqa ABŞ tərəfindən tutulub.
24 dekabr 1989-cu ildə ABŞ-ın onu devirmək məqsədi daşıyan hərbi əməliyyatı zamanı devrildi. 4 yanvar 1990-cı ildə könüllü olaraq ABŞ qüvvələrinə təslim oldu və onlar papa nunsisinin 10 gün gizləndiyi iqamətgahını mühasirəyə aldılar. General vertolyotla Panama Kanalı Zonasındakı Hovard Hərbi Hava Qüvvələri Bazasına oradan da Mayamiyə aparıldı.
10 iyul 1992-ci ildə Noryeqa ABŞ məhkəməsi tərəfindən narkotik qaçaqmalçılığı və şantaj ittihamı ilə 40 il həbs cəzasına məhkum edildi, lakin Mərkəzi Kəşfiyyat İdarəsi ilə uzunmüddətli əməkdaşlığı səbəbindən cəzası 30 ilə endirildi. O, cəzasını Florida həbsxanasında çəkdi. Məhkəmə prosesindən sonra ona hərbi əsir statusu verildi və bu, cəzasını daha rahat kamerada çəkməyə və Cenevrə Konvensiyasına uyğun olaraq üçüncü tərəfə ekstradisiya edilməməyə imkan verdi.
Fransaya ekstradisiya
28 avqust 2007-ci ildə Mayami federal məhkəməsi onun ekstradisiyasına qərar verdi (hərbi əsir statusuna görə yaranan sənəd problemləri səbəbindən faktiki ekstradisiya yalnız üç il sonra mümkün olsa da). O, 15 illik həbs cəzası çəkmiş və 10 il həbs və 3,6 milyon dollar müsadirə cəzasına məhkum edilmişdi.
26 aprel 2010-cu ildə Fransaya ekstradisiya edildi və məhkəmədə çıxış etdi. Həmin ilin iyul ayında o, yeddi il həbs cəzasına məhkum edildi və bank hesabları müsadirə edildi.
Vətəninə ekstradisiya
1995-ci ildə Panama məhkəməsi Noryeqanı qiyabi olaraq siyasi qətllərdə təqsirli bildi və 20 il həbs cəzasına məhkum etdi.
Həmçinin oxuyun
11 dekabr 2011-ci ildə o, Fransadan Panamaya ekstradisiya edildi.
5 fevral 2012-ci ildə insult keçirdi və ciddi nəzarət altında Panama şəhərindəki San Tomas Xəstəxanasına aparıldı. Lakin dörd gün sonra vəziyyəti normallaşdı və yenidən həbsxanaya qaytarıldı.
2014-cü ilin sentyabr ayının sonundan etibarən o, cəzasını Panamanın Qamboa şəhərindəki "El Renacer" Centro Penitenciario-da çəkdi.
2017-ci ilin mart ayında beyin şişi xəstəliyinə görə əməliyyat keçirdi. O, 29 may 2017-ci ildə 83 yaşında vəfat etdi.
İkinci bu taleyi yaşayan prezident İraq lideri Səddam Hüseyn olub.
2003-cü ilin aprelində ABŞ- ın başçılıq etdiyi beynəlxalq koalisiya Səddam Hüseynin nüvə silahına malik olması bəhanəsilə İraqa girdi və Səddam Hüseyn hakimiyyətini devirdi. Hüseynin özü Amerika hərbçiləri tərəfindən əsir götürüldü və 2006-cı il dekabrın 30-da İraq Ali Tribunalının hökmü ilə edam edildi . ( Hüseynin edam edildiyi gün Qurban bayramına təsadüf edirdi).
Üçüncü isə,Venesuela lideri Maduro oldu.Onun taleyinin necə olacağı hələlik bəlli deyil.Amma Maduronun edam cəzasının qüvvədə olduğu ştata aparılması onun taleyinin necə olacağına eyham ola bilər.
Miri Məcidli
01:49 / 09 Mart 2026
200
01:05 / 09 Mart 2026
126
01:01 / 09 Mart 2026
102
00:51 / 09 Mart 2026
91
00:38 / 09 Mart 2026
1715
00:24 / 09 Mart 2026
442
00:22 / 09 Mart 2026
252
00:15 / 09 Mart 2026
108
00:11 / 09 Mart 2026
535
00:01 / 09 Mart 2026
413
00:00 / 09 Mart 2026
100
23:56 / 08 Mart 2026
117
23:53 / 08 Mart 2026
499
23:36 / 08 Mart 2026
2799
23:17 / 08 Mart 2026
372
22:59 / 08 Mart 2026
100
22:34 / 08 Mart 2026
160
22:14 / 08 Mart 2026
119
22:10 / 08 Mart 2026
214
22:08 / 08 Mart 2026
162
22:03 / 08 Mart 2026
112
21:56 / 08 Mart 2026
121
21:25 / 08 Mart 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.