ABŞ İrana bu zərbəni endirdi
07 Mart 2026, 09:54
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
2985
04.01.2026, 00:01
Siyasi analitik:"Tramp istəyinə çatıb, savaşın neft bazarına və Azərbaycana təsiri isə..."
Hazırda dünya mediası diqqətini ABŞ-ın Venesuelaya aviazərbələr endirməsinə yönəlib.
Məlumatlarda deyilir ki, zərbələr şəhərin cənub hissəsinə - Fort Tiuna məhəlləsinə və Generalissimo Fransisko de Miranda Hava Bazasına endirilib.
Karakasda ən azı on hədəfə hücum edilib. Hücuma məruz qalan hədəflər arasında Karakas limanı və bir neft emalı zavodu da var.
Bundan əlavə, ölkənin şimal hissəsində, Hərbi Dəniz Akademiyasının yerləşdiyi Varqas ştatındakı La Quayra Hərbi Dəniz Bazasına da zərbə endirilib.
Oxu24.com -un mövzu ilə bağlı suallarını siyasi analitik Elxan Şahinoğlu cavablandırır .
- Elxan müəllim, bu müharibə Rusiya – Ukrayna müharibəsi kimi dağıdıcı və uzunsürən müharibə ola bilərmi?
- Düşünmürəm ki, ABŞ- Venesuela müharibəsi Rusiya – Ukrayna müharibəsi kimi uzun çəkər. Çünki Tramp Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının ələ keçirilərək ölkədən çıxarıldığını bəyan edib.
Başdan bəllidir ki, ABŞ-ın məqsədi seçkiləri saxtalaşdırmış , Maduronu devirmək onun əvəzinə isə o kürsüyə seçki ilə başqa bir siyasətçini ora gətirmək idi. Təbii ki, öz o kürsüyə gətirilən siyasətçi həm də ABŞ-ın təmçilsi olmalıdır. ABŞ buna qısa müddətdə nail olacaq.
- Sizcə, xalqı 12 ildir prezidentlik kürsüsündə oturan Maduronu yox, ABŞ-ı dəstəkləyəcək?
- Ola bilər ki, Karakasda bəzi etiraz aksiyaları baş versin, amma Venesuela xalqının Maduronu qətiyyətlə dəstəkləyəcəyinə inanmıram. Əgər Maduro artıq ABŞ-ın əlindədirsə, əminəm heç etiraz aksiyaları da keçirilməyəcək.
- Venesuela təbii qaz , qızıl , almaz , dəmir filizi və sair təbii sərvətlərə malikdir. Əsasən də, neft ehtiyatları ilə məşhurdur. Bu müharibənin neft bazarına və Azərbaycana təsiri necə olacaq?
- Müharibənin bu gün başladığı və getdiyi bir vaxtda neft bazarına təsirindən danışmaq mümkün deyil. Ola bilər elə bu gün müharibə bitsin. Onda mənfi təsirdən söhbət gedə bilməz, amma müharibə uzanarsa bunu dəqiqləşdirmək mümkün olar. Nəzərə alsaq ki, Maduro hazırda ABŞ-da nəzarət altındadır və cinayət ittihamları ilə məhkəmə qarşısına çıxarılacaq, onda belə məlum olur ki, tezliklə seçki başlayacaq , hakimiyyət yenidən qurulacaq və dünya , eləcə də Azərbaycan növbəti bahalaşmanın çətinliyini yaşamayacaq.
Xatırladaq ki, əslində Donald Tramp prezident kürsüsünə əyləşən kimi hədəf aldığı bir neçə ölkədən biri Venesuela olmuşdu. Bundan sonra iki ölkə arasinda gərginlik başlamışdı. Hətta 2025-ci ilin avqust-sentyabr aylarında “ The Wall Street Journal”, “The Miami Herald” və “New York Post” nəşrləri mənbələrə istinadən ABŞ administrasiyasının Venesuela ərazisindəki bir sıra obyektlərə hücum qərarı verdiyini yazmışdılar.
Üstəlik Trampın Venesuelanı "ABŞ-dan neft, torpaq və digər aktivləri oğurladığı" ittihamı ilə suçlaması Karakas hökumətinin Birləşmiş Millətlər Təşkilatına rəsmi şikayət etməsi ilə nəticələndi.
Venesuela hökuməti Trampın sanksiyalara məruz qalan bütün Venesuela neft tankerlərinin bloklanması əmrinə "Biz bu təhdidləri rədd edirik" deyərək cavab verməsi ortamı daha da gərginləşdirməyə başladı.
ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun hakimiyyətdə qalma müddətinin başa çatmaq üzrə olduğunu bəyan etdikdən sonra hərbi ekspertlər bu “söz güləşdirmə”nin müharibəyə doğru getdiyini açıqlayırdılar.
Əntiqə Rəşid
10:03 / 07 Mart 2026
493
09:57 / 07 Mart 2026
37
09:55 / 07 Mart 2026
32
09:54 / 07 Mart 2026
88
09:52 / 07 Mart 2026
50
00:59 / 07 Mart 2026
263
00:53 / 07 Mart 2026
240
00:40 / 07 Mart 2026
405
00:13 / 07 Mart 2026
146
23:58 / 06 Mart 2026
163
23:46 / 06 Mart 2026
203
23:28 / 06 Mart 2026
1310
23:28 / 06 Mart 2026
280
23:22 / 06 Mart 2026
158
23:21 / 06 Mart 2026
2400
23:20 / 06 Mart 2026
162
22:57 / 06 Mart 2026
241
22:25 / 06 Mart 2026
257
21:57 / 06 Mart 2026
364
21:54 / 06 Mart 2026
109
21:49 / 06 Mart 2026
507
21:47 / 06 Mart 2026
149
21:44 / 06 Mart 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.