ABŞ prezidenti Donald Tramp Oman körfəzində pilotsuz uçuş aparatının vurulmasından sonra İrana hücum əmri verməsi barədə iddialara münasibət bildirib.
Oxu24.com BBC-yə istinadən xəbər verir ki, “Ağ ev” rəhbəri İrana hücum əmrini verdiyini təsdiq edib:
“3 ayrı məntəqənin vurulması üçün hərəkətə keçdik. Silahlar yükləndi. Mən bu zaman neçə nəfər öləcək deyə soruşdum. Bir general “150 nəfər öləcək” - deyə cavab verdi. Hücumun həyata keçirilməsinə 10 dəqiqə qalmış, fikrimdən daşındım”. Oxu24.com
ŞƏRHLƏR