Alla Puqaçova brendini itirdi
03 Avqust 2026, 17:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
766
02.01.2026, 09:31
ABŞ Prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo malikanəsində təşkil etdiyi ənənəvi Yeni il balı ilin son gecəsinin ən diqqətçəkən tədbirlərindən biri olub.
Oxu24.com AFP-yə istinadən xəbər verir ki, gecə ərzində səhnədə cəmi 10 dəqiqə ərzində çəkilən İsa portreti 2 milyon 750 min dollara satılıb.
Qeyd edilib ki, Trampın gözü qarşısında hazırlanan böyük ölçülü tablo gecənin ən yaddaqalan anı kimi qiymətləndirilib.
Tədbir ilk baxışdan klassik balo təsiri bağışlayıb. Ağ şamlarla bəzədilmiş masalar, kürk paltarlı qonaqlar və hovuz kənarında söhbətlər gecənin adi mənzərəsi olub. Daha sonra qonaqlar Trampın Ağ Evdə də oxşarını yaratmağı planlaşdırdığı “Donald J. Trump Grand Ballroom” zalına keçiblər.
Tədbir zamanı musiqiçilər ABŞ-nin milli himni “Star-Spangled Banner” və “God Bless America” əsərlərini səsləndiriblər.
Tramp zala daxil olmadan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu və həyat yoldaşı Sara Netanyahu ilə görüşüb. Qəzzada atəşkəs məsələsini müzakirə etmək üçün ABŞ Prezidentinin Palm-Biçdəki iqamətgahına gələn Netanyahu Yeni il tədbirinə də qatılıb.
Trampın Mar-a-Laqoda Yeni ili qarşılamaq ənənəsi 20 ildən artıqdır davam edir. Bu il tədbirə giriş biletlərinin qiyməti adambaşı 1450 dollar olub. Bilet sahiblərinə sabit menyulu şam yeməyi ilə yanaşı, Trampı zalda xüsusi ayrılmış hissədən izləmək imkanı da təqdim edilib.
Tədbirə BƏƏ-dən milyarder iş adamı Hüseyn Səcvani, kino prodüseri Brett Ratner, ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem, Konqres üzvü Tom Emmer və Vaşinqtonun baş prokuroru Janin Pirro da qatılıb.
Donald Tramp həyat yoldaşı Melaniya Trampla birlikdə zala daxil olarkən qısa çıxış edib. Yeni il arzusu ilə bağlı suala isə “Dünyada sülh” cavabını verib.
Gecənin ən diqqətçəkən anı Trampın “dünyanın ən yaxşı yaşayan rəssamlarından biri” kimi təqdim etdiyi Vanessa Horabuenanın səhnəyə çıxması olub. Sürətli rəsm texnikası ilə tanınan rəssam canlı musiqi müşayiəti ilə böyük qara kətan üzərində cəmi 10 dəqiqəyə İsa portreti yaradıb.
Tramp tabloya baxarkən “Bunu necə etdiyini bilmirəm” deyib və hərracı 100 min dollardan başladıb. Təkliflər qısa zamanda artaraq yüz minlərlə dolları keçib. Nəticədə tablo təxminən 3 milyon dollara satılıb.
17:59 / 03 Avqust 2026
11
17:45 / 03 Avqust 2026
19
17:30 / 03 Avqust 2026
30
17:15 / 03 Avqust 2026
70
17:10 / 03 Avqust 2026
61
16:48 / 03 Avqust 2026
180
16:42 / 03 Avqust 2026
94
16:18 / 03 Avqust 2026
130
15:55 / 03 Avqust 2026
92
15:40 / 03 Avqust 2026
108
15:36 / 03 Avqust 2026
87
15:31 / 03 Avqust 2026
169
15:24 / 03 Avqust 2026
105
15:16 / 03 Avqust 2026
138
15:00 / 03 Avqust 2026
90
14:36 / 03 Avqust 2026
146
14:30 / 03 Avqust 2026
99
14:24 / 03 Avqust 2026
85
14:22 / 03 Avqust 2026
102
14:10 / 03 Avqust 2026
93
13:59 / 03 Avqust 2026
1204
13:59 / 03 Avqust 2026
95
13:56 / 03 Avqust 2026
399
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.