Qaynar xətt:

(+99450) 247 90 86

Bəy-gəlin toya dinozavr qiyafəsində gəldi

Bəy-gəlin toya dinozavr qiyafəsində gəldi

DÜNYA

2835

19.06.2019, 14:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
  Ukraynanın Lvov şəhərində kuryoz nikah mərasimi baş tutub. Bəy və gəlin qeydiyyat şöbəsinə tirannozavr kostyumunda gəlib.
Oxu24.com xəbər verir  ki, “UNİAN”ın məlumatına görə, hadisənin görüntüsü sosial şəbəkənin Ukrayna seqmentində yayılıb.
Cütlük qabaqcadan öz aralarında özünəməxsus, qeyri-standart nikah mərasimi keçirməklə bağlı ortaq məxrəcə gəlib. Gəlinin sözlərinə görə, onların geyimi mərasim iştirakçılarını çox əyləndirib. Hətta qeydiyyat şöbəsinin əməkdaşları ekstravaqant bəy-gəlinlə şəkil çəkdirmək istəyib.