Qaynar xətt:

(+99450) 247 90 86

Dünya silsilə zəlzələlərlə SARSILDI: Sunami XƏBƏRDARLIĞI

2019-06/1560869702_1560868118_photo_63931.jpg

DÜNYA

669

18.06.2019, 18:54

\"\" Yaponiyanın şimalındakı Niiqata vilayətində rixter cədvəli üzrə 6,6 bal gücündə zəlzələ baş verib. Oxu24.com BBC-yə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Tsuruoka qəsəbəsindən 22 kilometr məsafədə yerləşib. Yerli dairələr ölkənin şimal sahilləri üçün sunami təhlükəsi elan edib.
Dalğanın hündürlüyünün 1 metrə çatacağı gözlənilir. Yaponiyadakı yeraltı təkandan bir neçə dəqiqə sonra Rusiyanın Kursk vilayətində rixter cədvəli üzrə 6,8 bal gücündə zəlzələ baş verib.  Seysmik titrəyişin episentri vilayətdən 12 kilometr məsafədə yerləşib. Fəsadlar barədə hələ ki, məlumat yoxdur. Ciddi həyəcan yaşayan sakinlər, evlərini tərk edib, bölgəyə xilasedicilər cəlb edilib.