İranın vitse-prezidentinin qəzada yaralanan övladları da öldü
05 Dekabr 2025, 00:28
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
572
30.09.2025, 09:30
Yeni koronavirus variantı “Stratus” sürətlə yayılır və əvvəlki ştammlardan xarakterik bir əlamətlə fərqlənir.
Oxu24.com bu barədə xarici mediaya istinadla xəbər verir.
"Stratus" iki alt tipdən ibarətdir. XFG və XFG.3. Bu variant ilk dəfə bu ilin yanvarında aşkar edilib, iyunda isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) XFG-ni sürətlə artan yoluxma halları səbəbilə müşahidə tələb edən variantlar siyahısına əlavə edib.
Böyük Britaniya Səhiyyə Agentliyinin məlumatına görə, sentyabrın 3-nə yeni CPVID-19 hallarının sayı əvvəlki həftə ilə müqayisədə 7,1 faiz artıb, lakin konkret olaraq XFG ilə yoluxanların dəqiq payı hələ müəyyən edilməyib. İrlandiyada sentyabrın ilk həftəsində 425 yeni yoluxma qeydə alınıb və onların çoxu "Stratus" ilə əlaqələndirilir.
Əlamətlər və xüsusiyyətlər
Adətən koronavirus qrip və digər tənəffüs infeksiyalarına bənzər simptomlar yaradır: qızdırma, öskürək, burun axması, asqırma. Lakin "Stratus"un özünəməxsusluğu ondadır ki, ilkin əlamət çox vaxt səsin tutulması və ya xırıltılı səs olur. Bu, digər klassik simptomlardan əvvəl ortaya çıxır və çox vaxt diqqətdən kənarda qalır.
Həmçinin oxuyun
Digər əlamətlərə burun tutulması, boğaz ağrısı, həzm problemləri və güclü yorğunluq daxildir.
Həkimlərin fikirləri
Doktor Qaret Nay izah edib: “Ümumilikdə bu variant əvvəlkilərə bənzəyir, amma Stratus ilə yoluxanlar çox vaxt güclü boğaz ağrısından və səs tutulmasından şikayətlənirlər. Payızda uşaqlar məktəbə qayıdanda yoluxma səviyyəsi yaxın təmas və gigiyena çatışmazlığı səbəbindən artır”.
Onun sözlərinə görə, "Stratus" çox vaxt xəstəliyin daha ağır keçməsinə səbəb olur, çünki əvvəl yoluxmuş insanlarda belə immun qorumanı qismən aşa bilir. Buna görə əvvəlki vaksinlər daha az effektiv olur, yenilənmiş peyvəndlərin əhəmiyyəti isə artır.
“Bunu telefon proqram təminatının yenilənməsinə bənzətmək olar: yeni versiyalar daha yaxşı qoruma təmin edir”, - o vurğulayıb.
Kaliforniya Universitetinin (San-Fransisko) infeksionisti Piter Çin-Honq əlavə edib ki, "Stratus" əvvəlki ştammlardan daha geniş əlamət spektri ilə xarakterizə olunur: “Xüsusilə ötən il peyvənd olunmamış yaşlı insanlarda intensiv boğaz ağrısı halları artır. Variant daha yoluxucudur, ona görə də yoluxanların sayı yəqin ki, artacaq. Məktəblilərin dərsə qayıtmasını nəzərə alsaq, hətta adi soyuqdəymə də çox vaxt COVID-19 əlaməti çıxır”.
14:01 / 05 Dekabr 2025
20
14:00 / 05 Dekabr 2025
57
13:48 / 05 Dekabr 2025
192
13:21 / 05 Dekabr 2025
33
13:18 / 05 Dekabr 2025
38
13:12 / 05 Dekabr 2025
32
13:02 / 05 Dekabr 2025
45
12:53 / 05 Dekabr 2025
190
12:46 / 05 Dekabr 2025
48
12:41 / 05 Dekabr 2025
384
12:36 / 05 Dekabr 2025
66
12:34 / 05 Dekabr 2025
341
12:32 / 05 Dekabr 2025
32
12:32 / 05 Dekabr 2025
34
12:22 / 05 Dekabr 2025
49
12:03 / 05 Dekabr 2025
1521
11:55 / 05 Dekabr 2025
50
11:48 / 05 Dekabr 2025
62
11:42 / 05 Dekabr 2025
235
11:36 / 05 Dekabr 2025
132
11:33 / 05 Dekabr 2025
142
11:17 / 05 Dekabr 2025
1185
11:14 / 05 Dekabr 2025
63
11:00 / 05 Dekabr 2025
164
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.