Qaynar xətt:

(+99450) 247 90 86

Papaya sükan hədiyyə etdi - Video 

news/2025_09_27/screenshot_1758_1758929057.png

DÜNYA

551

27.09.2025, 09:39

“Ferrari” və “Stellantis”in sədri Con Elkann Papa XIV Leo ilə görüşüb.

Oxu24.com xəbər verir ki, bu haqda “Romereports” məlumat yayıb.

Görüş zamanı Elkann Papaya “Skuderiya” komandasının sürücüsü Çarlz Leklerkin avtomobilindən sükan hədiyyə edib. O bildirib ki, həmin sükan Formula 1 Qran Prisi zamanı sürücü tərəfindən istifadə edilib.

Qeyd edək ki, Lekler 2019-cu ildən “Ferrari”də sürücülük edir. O, 2022-ci il mövsümünün vitse-çempionudur və bundan əvvəl 2016 “GP3 Series” və 2017 Formula 2 çempionu olub. Bu mövsüm o, 165 xalla Formula 1 sürücülərinin turnir cədvəlində beşincidir.“Qafqazinfo”