BMT Ukraynadan bezib
16 Noyabr 2026, 18:05
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
2088
24.09.2025, 01:01
Oxu24.com xəbər verir ki, jurnalistlər BMT-nin iclası zamanı maraqlı bir məqamı qeydə alıblar. Belə ki, iclas gedərkən Polşa prezidentinin mühafizəçisi ona kiçik bir konteyner ötürüb. Ardınca Polşa dövlət başçısı Karol Navrotski həmin qabdan götürdüyü snyus paketini dodağının altına yerləşdirib. Bu görüntü zalda olan jurnalistlərin diqqətindən yayınmayıb və sosial mediada da müzakirələrə səbəb olub.
Snyus (İsveç dilində "snus") - İsveçdə ənənəvi olaraq istifadə olunan siqaretsiz tütün məhsuludur. Siqaret kimi yandırılmır, tüstü çıxarmır. Kiçik paket şəklində hazırlanır və istifadəçi onu dodağın altına qoyaraq nikotini orqanizmə qəbul edir. Bu səbəbdən ictimai yerlərdə siqaret qadağalarına məruz qalmadan nikotin istifadəsinə imkan yaradır.
Snyus xüsusilə Şimali Avropa ölkələrində geniş yayılıb və son illərdə Avropanın digər bölgələrində də populyarlaşmağa başlayıb. Tibbi araşdırmalarda onun klassik siqaretə nisbətən daha az zərərli olduğu qeyd olunsa da, nikotin asılılığı yaratdığı və sağlamlığa mənfi təsirlərindən dolayı mübahisəli məhsul sayılır. (Musavat.com)
21:35 / 16 Noyabr 2026
1
21:30 / 16 Noyabr 2026
101
21:24 / 16 Noyabr 2026
35
21:16 / 16 Noyabr 2026
48
21:01 / 16 Noyabr 2026
80
20:56 / 16 Noyabr 2026
77
20:54 / 16 Noyabr 2026
73
20:52 / 16 Noyabr 2026
137
20:46 / 16 Noyabr 2026
71
20:44 / 16 Noyabr 2026
379
20:34 / 16 Noyabr 2026
75
20:30 / 16 Noyabr 2026
69
20:19 / 16 Noyabr 2026
72
20:13 / 16 Noyabr 2026
135
20:07 / 16 Noyabr 2026
713
20:00 / 16 Noyabr 2026
138
19:55 / 16 Noyabr 2026
99
19:47 / 16 Noyabr 2026
97
19:40 / 16 Noyabr 2026
110
19:28 / 16 Noyabr 2026
106
19:18 / 16 Noyabr 2026
114
19:09 / 16 Noyabr 2026
124
19:05 / 16 Noyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.