Qaynar xətt:

(+99450) 247 90 86

Suriya Prezidenti Əş-Şara diplomu həyat yoldaşına özü təqdim etdi

news/2025_09_09/1293021_1757376564.jpg

DÜNYA

555

09.09.2025, 09:00

Suriya Prezidenti Əhməd Əş-Şara, İdlib Universitetində keçirilən məzuniyyət mərasimində həyat yoldaşı, ölkənin birinci xanımı Latifa əl-Droubiyə diplomunu şəxsən təqdim edib.

Oxu24.com xarici mətbuata istinadən xəbər verir ki, dünən keçirilən mərasimdə Sənət və Humanitar Elmlər Fakültəsinin məzunları diplomlarını alıblar. Prezident Əş-Şara isə Ərəb dili ixtisasını bitirən həyat yoldaşı Latifa əl-Droubi-yə diplomunu təqdim edərək diqqətləri üzərinə çəkib.

"Qələbə və Qurtuluş" sinfinin 2029 məzunundan biri olan Latifa əl-Droubi mərasimdə çıxış edərək tələbə yoldaşlarını təbrik edib. Prezident Əş-Şara və onu müşayiət edən heyət isə bütün məzunları uğurları münasibətilə təbrik edib.

Beləliklə, İdlib Universitetində keçirilən mərasim həm siyasi, həm də simvolik baxımdan önəmli bir an kimi tarixə düşüb.milli.az