Qaynar xətt:

(+99450) 247 90 86

Makronun açıqlaması Kreml tərəfindən sərt qarşılandı

2024/09/25/1727292399_makron-1.jpg

DÜNYA

530

06.09.2025, 19:30

Fransa Prezidenti Emmanuel Makronun 26 ölkənin Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu bildirməsi Rusiyanın sərt reaksiyasına səbəb olub.

Oxu24.com  xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya daxil olacaq NATO hərbçilərinin "qanuni hədəf" olacağını deyib. O, bu cür addımların Qərblə Moskva arasında birbaşa qarşıdurma riskini artıracağını qeyd edib.

Analitiklər Makronun çıxışını Avropanın Ukrayna ilə bağlı mövqeyinin sərtləşməsi kimi qiymətləndirir və bu gərginliyin NATO-Rusiya münasibətlərində yeni risklər yarada biləcəyini bildirirlər.