İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
17 Oktyabr 2026, 22:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1273
18.08.2025, 12:37
Uşaq qatili, insanlığın üz qarası
Dünya siyasətində zaman-zaman güclü liderlər meydana çıxmışdır. Ancaq tarixin ən qaranlıq səhifələrində yer alanlar, öz xalqına və qonşularına zülm edən, işğalı və savaşı dövlət siyasətinə çevirən liderlər olmuşdur. Bu gün bu portreti ən açıq şəkildə təmsil edən ad, heç şübhəsiz Vladimir Putindir.
Putinin siyasəti artıq bir dövlət ağlının deyil, doymayan bir işğal hərisliyinin göstəricisidir. Gürcüstandan Ukraynaya, Krımdan Qara dənizə qədər atdığı hər addım Rusiyanın imperialist hirsinin açıq elanıdır. Öz xalqını azadlıqdan məhrum edən, müxalifləri susduran, mətbuatı zəncirləyən bu diktator, dünya üçün də ən böyük təhdidlərdən biridir.
Son günlərdə Alyaskada gerçəkləşən görüşlərdə belə Putinin dili təhdidkar və meydan oxuyucu olmuşdur. Hətta “Ukrayna torpaqları Rusiyaya verilməlidir” kimi bəyanatlarla beynəlxalq hüququ açıq-aşkar tapdalayıb. Bu açıqlamalar bir daha göstərdi ki, Rusiya yalnız qonşularına deyil, bütün dünyaya qarşı təcavüzkar bir siyasət yürüdür.
Daha acı olan isə, Amerikada Alyaska görüşü zamanı Putinin ayağına qırmızı xalça sərilməsi və iki protokol mərasimi ilə qarşılanmasıdır. Bir qatili, bir zalımı, əli milyonlarla insanın qanına batmış bir diktatoru bu şəkildə qarşılamaq, Amerika tarixi adına bir rüsvayçılıqdır. Dünyaya demokratiya və azadlıq dərsi verən ABŞ-ın Putin kimi bir qatilə bu cür hörmət göstərməsi həm Amerikanın siyasi etikasına, həm də beynəlxalq ədalət anlayışına kölgə salır.
Bu gün milyonlarla insanın qanı onun əllərindədir. Ukraynada bombalanan şəhərlər, sürgün edilən ailələr, paramparça olmuş həyatlar Putinin imperialist hərisliyinin nəticəsidir. İnsanlığın yüz milyonlarla dollarlıq neft və qaz gəlirlərinə məhkum edilməsi, avtoritar rejimin ən böyük silahıdır. Amma unutmaq lazımdır ki, heç bir diktator sonsuza qədər ayaqda qala bilməmişdir.
Putin artıq yalnız rus xalqı üçün deyil, bütün dünya üçün bir zalim və qana susamış diktator fiquruna çevrilmişdir. Onun işğalçı siyasəti tarixin zibilxanasında Hitler və Stalinlə eyni qaranlıq səhifədə anılmağa məhkumdur.
Dünya bu həqiqəti görməli və gec olmadan Rusiyanın işğalçı düşüncəsinə “dayan” deməlidir. Çünki susqunluq yalnız yeni işğalları və yeni qətliamları dəvət edir.
İlkin Məmmədkərimli
00:00 / 18 Oktyabr 2026
88
23:59 / 17 Oktyabr 2026
63
23:34 / 17 Oktyabr 2026
66
23:19 / 17 Oktyabr 2026
78
22:59 / 17 Oktyabr 2026
79
22:49 / 17 Oktyabr 2026
96
22:21 / 17 Oktyabr 2026
140
22:12 / 17 Oktyabr 2026
113
22:10 / 17 Oktyabr 2026
93
22:05 / 17 Oktyabr 2026
100
21:57 / 17 Oktyabr 2026
141
21:40 / 17 Oktyabr 2026
158
21:18 / 17 Oktyabr 2026
92
20:39 / 17 Oktyabr 2026
97
20:39 / 17 Oktyabr 2026
142
20:16 / 17 Oktyabr 2026
110
20:03 / 17 Oktyabr 2026
138
20:03 / 17 Oktyabr 2026
1601
19:50 / 17 Oktyabr 2026
105
19:38 / 17 Oktyabr 2026
286
19:38 / 17 Oktyabr 2026
136
19:32 / 17 Oktyabr 2026
1002
19:26 / 17 Oktyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.