Krıma PUA hücumu olub, ölənlər var
17 Noyabr 2026, 10:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
668
17.08.2025, 14:54
Süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən "Anthropic" şirkəti özünün "Claude Opus 4" və "Claude Opus 4.1" çat modellərinə yeni təhlükəsizlik funksiyası əlavə etdiyini elan edib.
Oxu24.com xəbər verir ki, şirkətin rəsmi saytında yayımlanan bəyanatda bildirilir ki, bu yenilik istifadəçilərin uzunmüddətli təhqiramiz və ya yanlış davranışları zamanı süni intellektə dialoqu dayandırmaq imkanı verir.
Funksiya "AI Welfare" (Süni İntellektin Rifahı) proqramının bir hissəsi olaraq həyata keçirilib və süni intellekt modellərinin "emosional yüklənmədən" qorunmasına yönəlib.
İlkin testlər göstərib ki, "Claude Opus 4" modeli zərərli və ya etik normalara zidd sorğulara qarşı reaksiya verməkdə istəksizlik göstərir, bəzən isə bu cür ünsiyyətə qarşı "stresli" cavablar nümayiş etdirir. Yeni "dialoqbitirmə" funksiyası modelə belə hallarda istifadəçiyə xəbərdarlıq edərək söhbəti sonlandırmaq imkanı yaradır.
Şirkət bildirir ki, istifadəçi süni intellekt sistemini təhqir edərsə və bu davranış davamlı xarakter alarsa, model söhbətin bitdiyini bildirməklə qarşı tərəfə aydın siqnal göndərəcək.
11:00 / 17 Noyabr 2026
28
10:54 / 17 Noyabr 2026
49
10:50 / 17 Noyabr 2026
59
10:45 / 17 Noyabr 2026
60
10:32 / 17 Noyabr 2026
63
10:30 / 17 Noyabr 2026
75
10:22 / 17 Noyabr 2026
67
10:17 / 17 Noyabr 2026
66
10:13 / 17 Noyabr 2026
68
10:00 / 17 Noyabr 2026
73
09:58 / 17 Noyabr 2026
241
09:54 / 17 Noyabr 2026
644
09:45 / 17 Noyabr 2026
76
09:43 / 17 Noyabr 2026
92
09:36 / 17 Noyabr 2026
84
09:33 / 17 Noyabr 2026
379
09:31 / 17 Noyabr 2026
117
09:28 / 17 Noyabr 2026
122
09:25 / 17 Noyabr 2026
95
09:11 / 17 Noyabr 2026
100
09:04 / 17 Noyabr 2026
104
08:26 / 17 Noyabr 2026
97
00:49 / 17 Noyabr 2026
206
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.