Krıma PUA hücumu olub, ölənlər var
17 Noyabr 2026, 10:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
577
15.08.2025, 14:01
Baş katib Naim Qassem deyib ki, İsrail Livana hücumu davam etdirdiyi və ərazilərinin bir hissəsini işğal altında saxladığı müddətcə Hizbullah silahlarını Livan hökumətinə təhvil vermək niyyətində deyil.
Oxu24.com bu barədə Reuters-ə istinadən xəbər verir.
Qassem Beyruta xəbərdarlıq edib ki, hökumət Hizbullaha qarşı hərəkət edərsə, "Livanda həyat olmayacaq".
O, hökuməti “İsrailə rəvac verməkdə və döyüşçülərin və mülki əhalinin öldürülməsinə şərait yaratmaqda” ittiham edib.
Qassem həmçinin ölkədə hər hansı “mümkün münaqişə və ya dağıntı” halında bütün günahı Livan hökumətinin üzərinə atıb.
Baş katibin sözlərinə görə, Hizbullah və onun müttəfiqi Amal hökumətlə dialoq ümidini saxlamaqla, tərksilah planına qarşı küçə etirazlarını təxirə salmaq qərarına gəlib. Eyni zamanda o, xəbərdarlıq edib ki, gələcəkdə etiraz aksiyaları ABŞ-ın bu ölkədəki səfirliyinə də çata bilər.
İnformasiya naziri Paul Morkos bildirib ki, keçən həftə Livan hökuməti ABŞ-ın Hizbullahı tərksilah edəcək, İsrailin hücumlarını dayandıracaq və İsraili Livan ərazisindən çıxaracaq sazişin irəli sürülməsi təklifini dəstəkləyib. O qeyd edib ki, Beyrut silah üzərində dövlət inhisarını təsdiqləyib və ölkənin cənubuna qoşun yeritmək qərarına gəlib, lakin bu qərarın vaxtı və icra planı hələ müəyyən edilməyib.
Miri
11:28 / 17 Noyabr 2026
1
11:00 / 17 Noyabr 2026
64
10:54 / 17 Noyabr 2026
67
10:50 / 17 Noyabr 2026
81
10:45 / 17 Noyabr 2026
72
10:32 / 17 Noyabr 2026
75
10:30 / 17 Noyabr 2026
89
10:22 / 17 Noyabr 2026
74
10:17 / 17 Noyabr 2026
78
10:13 / 17 Noyabr 2026
77
10:00 / 17 Noyabr 2026
84
09:58 / 17 Noyabr 2026
276
09:54 / 17 Noyabr 2026
733
09:45 / 17 Noyabr 2026
80
09:43 / 17 Noyabr 2026
96
09:36 / 17 Noyabr 2026
88
09:33 / 17 Noyabr 2026
392
09:31 / 17 Noyabr 2026
126
09:28 / 17 Noyabr 2026
126
09:25 / 17 Noyabr 2026
99
09:11 / 17 Noyabr 2026
105
09:04 / 17 Noyabr 2026
107
08:26 / 17 Noyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.