Kim Çen İnın beyin qanaması keçirdiyi və komada olduğu iddia edilir
19 Oktyabr 2026, 23:56
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
537
21.07.2025, 13:17
Çinin Heqanq şəhəri Rusiya ilə ticarəti inkişaf etdirmək üçün yeni hava limanı tikməyi planlaşdırır.
Oxu24.com xəbər verir ki, bu barədə ekspertlərə istinadən South China Morning Post (SCMP) qəzeti yazıb.
"Luobey hava limanının tikintisi yaxın vaxtlarda başlayacaq. İnvestisiyaların 1,2 milyard yuan dəyərində olduğu hava limanının açılışı 2027-ci ilə planlaşdırılır", - məqalədə deyilir.
Nəşrin məlumatına görə, hava limanı ildə 450 min sərnişin və 1,6 ton yük qəbul edə biləcək. Bundan əlavə, 2,5 min metrlik uçuş-enmə zolağı və 5 min kvadratmetrlik terminal yaratmağı planlaşdırır.
Honq-Konqdakı Hanq Senq Universitetinin müəllimi David Vonq qeyd edib ki, Heqanqda hava limanının tikintisi bir çox kiçik şəhərlərin infrastrukturun inkişafı yolu ilə irəliləyişə nail olmağa çalışdığını simvollaşdırır. Onun sözlərinə görə, yeni hava limanı Çin üçün faydalı ola bilər, çünki hava axınının qeyri-kafi olduğu bölgələr daha inkişaf etmiş regionları tutmaqda böyük çətinliklərlə üzləşirlər.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun bildirmişdi ki, Çin və Rusiya şirkətləri arasında normal əməkdaşlıq kənardan müdaxiləyə məruz qalmamalıdır. O qeyd edib ki, Çin həmişə beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmayan birtərəfli sanksiyalara qarşı olub.
Bundan əvvəl Çin Ukraynadakı münaqişə tərəflərinə silah tədarükü ilə bağlı xəbərləri rədd etmişdi.
Nigar
00:26 / 20 Oktyabr 2026
48
00:19 / 20 Oktyabr 2026
72
23:56 / 19 Oktyabr 2026
77
23:45 / 19 Oktyabr 2026
71
23:40 / 19 Oktyabr 2026
70
23:36 / 19 Oktyabr 2026
91
23:36 / 19 Oktyabr 2026
89
23:34 / 19 Oktyabr 2026
77
23:30 / 19 Oktyabr 2026
92
23:30 / 19 Oktyabr 2026
109
23:27 / 19 Oktyabr 2026
73
23:26 / 19 Oktyabr 2026
90
23:24 / 19 Oktyabr 2026
265
23:20 / 19 Oktyabr 2026
85
23:16 / 19 Oktyabr 2026
76
23:10 / 19 Oktyabr 2026
76
23:04 / 19 Oktyabr 2026
74
23:03 / 19 Oktyabr 2026
75
22:25 / 19 Oktyabr 2026
150
22:22 / 19 Oktyabr 2026
80
22:11 / 19 Oktyabr 2026
95
22:06 / 19 Oktyabr 2026
261
21:37 / 19 Oktyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.