Makron evtanaziyanın leqallaşdırılması haqqında qanunu imzalayıb
19 Avqust 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
491
30.05.2025, 19:57
ABŞ prezidenti Donald Tramp Nobel Sülh Mükafatını almaq üçün Ukraynaya verdiyi dəstəyi geri çəkə bilər.
Bunu El Pais-ə Amerika liderinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti sonda Ukrayna məsələsindən tez nəticə əldə edə biləcəyi və ola bilsin ki, nüfuzlu mükafat ala biləcəyi başqa qaynar nöqtəyə keçəcək.
"Trampın tək istədiyi Nobel Sülh Mükafatıdır. O, Barak Obama mükafatı alandan bəri bu mükafata can atır - onun fikrincə, nahaq yerə. Mükafatı Ukrayna, Yaxın Şərq və ya Hindistan və Pakistan arasında vasitəçiliyə görə alması fərq etməz", - Bolton deyib.
O əlavə edib ki, hazırda Tramp növbəti prezident seçkilərində iştirak etməyi planlaşdırmadığı üçün siyasi nəticələr barədə düşünmür. Onun üçün əsas odur ki, öz reputasiyasını qoruyub saxlamaq və gələcəkdə özü haqqında xoş təəssürat buraxmaqdır, Bolton vurğulayıb.
Mayın 24-də “The Guardian” Aİ-dəki mənbələrinə istinadən yazıb ki, avropalı diplomatlar Donald Tramp administrasiyasının Ukraynanı dəstəkləməkdən mümkün imtina etməsindən və ABŞ-ın Rusiya ilə iqtisadi tərəfdaşlığa yönləndirilməsindən narahat olduqlarını bildirirlər.
Aprel ayında Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Andrey Klimov demişdi ki, Tramp Ukraynadakı münaqişəni mümkün qədər tez həll etməyə çalışır, çünki o, ondan qurtulmaq istəyir və onu qulpsuz ağır çamadan hesab edir. O, ABŞ prezidentinin Nobel Sülh Mükafatını almaq istədiyini də istisna etməyib.
Bundan əvvəl Trampın keçmiş məsləhətçisi bildirib ki, ABŞ prezidenti özünü hamıdan yaxşı hesab edir.
Nigar
17:12 / 19 Avqust 2026
34
16:49 / 19 Avqust 2026
43
16:38 / 19 Avqust 2026
45
16:19 / 19 Avqust 2026
55
15:59 / 19 Avqust 2026
67
15:56 / 19 Avqust 2026
55
15:54 / 19 Avqust 2026
79
15:45 / 19 Avqust 2026
69
15:36 / 19 Avqust 2026
86
15:30 / 19 Avqust 2026
74
15:11 / 19 Avqust 2026
81
15:10 / 19 Avqust 2026
72
14:50 / 19 Avqust 2026
72
14:49 / 19 Avqust 2026
80
14:44 / 19 Avqust 2026
91
14:30 / 19 Avqust 2026
84
14:24 / 19 Avqust 2026
71
14:18 / 19 Avqust 2026
217
14:15 / 19 Avqust 2026
80
14:05 / 19 Avqust 2026
62
13:59 / 19 Avqust 2026
78
13:45 / 19 Avqust 2026
70
13:37 / 19 Avqust 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.