Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
17 Noyabr 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
232
29.05.2025, 15:36
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti xanım Aktotı Raimkulova Səmərqəndin İslam Dünyasının Mədəniyyət Paytaxtı elan olunması münasibətilə keçirilən mərasimdə iştirak edib
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti xanım Aktotı Raimkulova, Səmərqənd şəhərinin “İslam Dünyasının Mədəniyyət Paytaxtı – 2025” elan olunması münasibətilə keçirilən rəsmi mərasimdə açılış nitqi ilə çıxış edib.
Səmərqənd, iki min beş yüz ildən artıqdır ki, sivilizasiyalarının qovşağı və Orta Asiyada Böyük İpək Yolunun əsas mərkəzlərindən biri kimi fəaliyyət göstərmiş, dünyanın ən qədim və şöhrətli şəhərlərindən biridir. Bu fəxri statusun verilməsi şəhərin tarixi və mədəni əhəmiyyətinin yüksək qiymətləndirildiyini göstərir.
Türk Mədəniyyəti və İrsi Fondu həm İslam, həm də Türk dünyasının mənəvi irsinin qorunmasına və mədəniyyətlərarası dialoqun inkişafına xidmət edən bu təşəbbüsü tam şəkildə dəstəkləyir.
Mərasimdə 20-dən çox ölkənin nümayəndələri, eləcə də nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Tədbir yüksək təşkilatçılıq səviyyəsində baş tutub. Fond bu əlamətdar hadisə münasibətilə Özbəkistan Respublikasını səmimi qəlbdən təbrik edir və ölkəyə davamlı inkişaf və rifah arzulayır.
Həmçinin böyük məmnuniyyətlə bildiririk ki, qardaş Özbəkistan dövləti Türk Mədəniyyəti və İrsi Fonduna rəsmi olaraq tamhüquqlu üzv kimi qoşulub. Bu mühüm addım mədəni əməkdaşlığın genişlənməsi və birgə təşəbbüslərin həyata keçirilməsi üçün yeni imkanlar açacaqdır.
13:56 / 18 Noyabr 2026
1
13:12 / 18 Noyabr 2026
74
12:55 / 18 Noyabr 2026
80
12:53 / 18 Noyabr 2026
99
12:51 / 18 Noyabr 2026
153
12:32 / 18 Noyabr 2026
758
12:28 / 18 Noyabr 2026
99
12:20 / 18 Noyabr 2026
322
12:15 / 18 Noyabr 2026
104
12:10 / 18 Noyabr 2026
131
12:03 / 18 Noyabr 2026
96
12:03 / 18 Noyabr 2026
400
11:49 / 18 Noyabr 2026
192
11:43 / 18 Noyabr 2026
108
11:39 / 18 Noyabr 2026
116
11:35 / 18 Noyabr 2026
119
11:32 / 18 Noyabr 2026
114
11:22 / 18 Noyabr 2026
627
11:19 / 18 Noyabr 2026
147
11:15 / 18 Noyabr 2026
116
11:13 / 18 Noyabr 2026
106
11:11 / 18 Noyabr 2026
925
11:08 / 18 Noyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.