Makron evtanaziyanın leqallaşdırılması haqqında qanunu imzalayıb
19 Avqust 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
252
29.05.2025, 15:03
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ABŞ prezidenti Donald Trampla görüşləri zamanı ABŞ və ya İsrailin İranın nüvə infrastrukturuna mümkün zərbələri ilə bağlı kəskin fikir ayrılıqlarını bildiriblər.
Oxu24.com xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Fars körfəzi ölkələrinin liderləri münaqişənin gərginləşməsi risklərini vurğulayaraq Trampı Tehranla yeni nüvə sazişi əldə etmək cəhdlərini davam etdirməyə çağırıblar. Ərəb ölkələri Amerika hərbi bazaları onların ərazisində yerləşdiyi üçün hücum olacağı təqdirdə cavab zərbəsi hədəfinə çevrilə biləcəyindən ehtiyatlanır.
Bildirilir ki, Qətər əmiri Trampa xəbərdarlıq edib: Münaqişə baş verəcəyi təqdirdə ən çox həssas olan Körfəz ölkələri olacaq. Öz növbəsində, BƏƏ hadisələrin inkişafı üçün diplomatik nizamlanmanın ən yaxşı variant olaraq qaldığını vurğulayıb.
Bundan əvvəl ABŞ prezidenti telefon danışığında İsrailin baş naziri Benyamin Netanyahuya Vaşinqtonla Tehran arasında danışıqlar prosesini poza biləcək hər hansı hərəkətlərə qarşı xəbərdarlıq etdiyini bildirib.
Mayın 21-də CNN telekanalı ABŞ hökumətindəki mənbələrə istinadən xəbər verib ki, İsrail İranın nüvə infrastrukturuna zərbələr endirməyə hazırlaşır və son aylarda belə ssenarinin baş vermə ehtimalı xeyli artıb. Güman edilir ki, Təl-Əviv İranı güzəştə getməyə və ya danışıqlar prosesini bütövlükdə pozmağa məcbur edə bilər.
Mayın 23-də Romada İran və ABŞ nümayəndələri Omanın vasitəçiliyi ilə danışıqların beşinci raundu keçiriblər. Omanın xarici işlər naziri Bədr əl-Busaidi “müəyyən, lakin yekun irəliləyiş deyil” xəbərini verib, İranın müzakirəçisi Abbas Əraqçi isə növbəti bir və ya iki görüşdə konkret razılaşmaların əldə olunacağına ümid etdiyini bildirib.
Nigar
17:59 / 19 Avqust 2026
17
17:50 / 19 Avqust 2026
36
17:32 / 19 Avqust 2026
45
17:12 / 19 Avqust 2026
61
16:49 / 19 Avqust 2026
64
16:38 / 19 Avqust 2026
62
16:19 / 19 Avqust 2026
69
15:59 / 19 Avqust 2026
72
15:56 / 19 Avqust 2026
57
15:54 / 19 Avqust 2026
89
15:45 / 19 Avqust 2026
74
15:36 / 19 Avqust 2026
92
15:30 / 19 Avqust 2026
76
15:11 / 19 Avqust 2026
84
15:10 / 19 Avqust 2026
74
14:50 / 19 Avqust 2026
73
14:49 / 19 Avqust 2026
80
14:44 / 19 Avqust 2026
92
14:30 / 19 Avqust 2026
87
14:24 / 19 Avqust 2026
71
14:18 / 19 Avqust 2026
229
14:15 / 19 Avqust 2026
80
14:05 / 19 Avqust 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.