Makron evtanaziyanın leqallaşdırılması haqqında qanunu imzalayıb
19 Avqust 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
306
27.05.2025, 20:45
Belarus dost olmayan ölkələrdən bir sıra ərzaq məhsullarının idxalına qoyulan qadağanı ləğv edib.
Oxu24.com xəbər verir ki, Bu barədə respublika hökumətinin Telegram kanalında məlumat verilib.
Açıqlamaya görə, Belarus Avropa İttifaqının (Aİ) yeni sanksiyalarına cavab verib.
2025-ci il mayın 22-də Avropa Parlamenti respublikadan kənd təsərrüfatı məhsullarının idxalına gömrük rüsumlarının artırılması barədə qərar qəbul edib.
Buna cavab olaraq hökumət Aİ-yə üzv olan bütün dövlətlər də daxil olmaqla, dost olmayan ölkələrdən kartof, soğan, təzə kələm və almanın idxalına və satışına qoyulan qadağanı ləğv edib.
Belarusun baş naziri Aleksandr Turçin çərşənbə axşamı qüvvəyə minəcək fərman imzalayıb.
“Belarus bir daha açıqlıq, sülhpərvərlik, mehriban qonşuluq prinsipini nümayiş etdirir və bir sıra ölkələrin, o cümlədən Aİ ölkələrinin vətəndaşlarının ölkəmizə vizasız girişi ilə bağlı qərara bənzər şəkildə, dost olmayan ölkələrdən kənd təsərrüfatı məhsullarına qoyulan məhdudiyyətləri yumşaldır”, - deyə hökumət qeyd edib.
Mayın 20-də Avropa İttifaqı altı Çin, iki Əmirlik və bir Belarus şirkətini əhatə edən 17-ci anti-Rusiya sanksiyalar paketini təsdiqləyib.
Nigar
17:59 / 19 Avqust 2026
39
17:50 / 19 Avqust 2026
41
17:32 / 19 Avqust 2026
48
17:12 / 19 Avqust 2026
64
16:49 / 19 Avqust 2026
66
16:38 / 19 Avqust 2026
63
16:19 / 19 Avqust 2026
70
15:59 / 19 Avqust 2026
73
15:56 / 19 Avqust 2026
58
15:54 / 19 Avqust 2026
91
15:45 / 19 Avqust 2026
74
15:36 / 19 Avqust 2026
93
15:30 / 19 Avqust 2026
77
15:11 / 19 Avqust 2026
84
15:10 / 19 Avqust 2026
74
14:50 / 19 Avqust 2026
73
14:49 / 19 Avqust 2026
80
14:44 / 19 Avqust 2026
93
14:30 / 19 Avqust 2026
88
14:24 / 19 Avqust 2026
72
14:18 / 19 Avqust 2026
233
14:15 / 19 Avqust 2026
80
14:05 / 19 Avqust 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.