Makron evtanaziyanın leqallaşdırılması haqqında qanunu imzalayıb
19 Avqust 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
277
27.05.2025, 18:09
Rusiya Ukraynanın işğal olunmuş hissəsində, ehtimal ki, Zaporojya atom elektrik stansiyasını onun elektrik şəbəkəsinə birləşdirmək üçün elektrik xətləri çəkir.
Bu barədə “The New York Times” Greenpeace hesabatına istinadən yazır.
Hesabatda dərc olunan peyk görüntüləri elektrik ötürücü xətlərin çəkilişini sübut edir. Rusiya 2025-ci il fevralın əvvəlindən Azov dənizi sahili boyunca işğal olunmuş Mariupol və Berdyansk arasında 80 kilometrdən çox elektrik xətləri çəkib.
Greenpeace-in məlumatına görə, tikintinin məqsədi yeni xətləri 225 kilometr məsafədə yerləşən Zaporojya Atom Elektrik Stansiyasına qoşulan Mariupol yaxınlığındakı böyük yarımstansiyaya birləşdirməkdir.
“The New York Times” qeyd edir ki, Moskvanın dəqiq planları qeyri-müəyyən olaraq qalır. Suallar yaranır ki, Rusiya müharibədən sonra atom elektrik stansiyasının fəaliyyətini bərpa etməyi planlaşdırır, yoxsa hərbi əməliyyatlar davam edərkən bunu etmək istəyir. Ekspertlərin fikrincə, Rusiya stansiyanı öz enerji sisteminə qoşmaq üçün daha bir neçə elektrik xətti çəkməli olacaq.
Greenpeace-in nüvə enerjisi üzrə mütəxəssisi Şon Berni peyk görüntülərini Rusiya prezidenti Vladimir Putinin Zaporijjya AES-i yenidən işə salmaq planlarının ilk təsdiqi adlandırır.
“The New York Times” qeyd edir ki, bu, bir ölkənin digər ölkənin nüvə obyektini ələ keçirməsi və sonra onu öz enerji ehtiyacları üçün istifadə etməsi ilk dəfə ola bilər. Qəzet əlavə edir ki, bu, ABŞ prezidenti Donald Tramp administrasiyasının stansiyanın taleyini sülh danışıqlarında müzakirə etmək üçün son səylərinə zidd olacaq.
Nigar
17:59 / 19 Avqust 2026
39
17:50 / 19 Avqust 2026
41
17:32 / 19 Avqust 2026
48
17:12 / 19 Avqust 2026
64
16:49 / 19 Avqust 2026
66
16:38 / 19 Avqust 2026
63
16:19 / 19 Avqust 2026
70
15:59 / 19 Avqust 2026
73
15:56 / 19 Avqust 2026
58
15:54 / 19 Avqust 2026
91
15:45 / 19 Avqust 2026
74
15:36 / 19 Avqust 2026
93
15:30 / 19 Avqust 2026
77
15:11 / 19 Avqust 2026
84
15:10 / 19 Avqust 2026
74
14:50 / 19 Avqust 2026
73
14:49 / 19 Avqust 2026
80
14:44 / 19 Avqust 2026
93
14:30 / 19 Avqust 2026
88
14:24 / 19 Avqust 2026
72
14:18 / 19 Avqust 2026
233
14:15 / 19 Avqust 2026
80
14:05 / 19 Avqust 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.