Makron evtanaziyanın leqallaşdırılması haqqında qanunu imzalayıb
19 Avqust 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
279
27.05.2025, 17:36
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Fransanın uzaqmənzilli raketlərinin Rusiya ərazisinə zərbə endirməsi Parisin Moskvaya qarşı mübarizə apardığını deməyə əsas verir.
Oxu24.com xəbər verir ki, O, bu barədə Moskvada türkiyəli həmkarı Hakan Fidanla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
“Fransa Rusiyaya qarşı döyüşür, çünki onun uzaqmənzilli raketləri Kiyevdəki nasist rejimi tərəfindən Rusiya Federasiyasının ərazisinə zərbələr endirmək üçün istifadə olunur”, - deyən Sergey Lavrov zərbələrin əsasən mülki hədəflərə endirilməsini vurğulayıb.
Xarici işlər naziri həmçinin Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barronun Fransanın Rusiya xalqına və Rusiyaya qarşı vuruşmadığı, Ukraynanın və onun silahlı qüvvələrinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü təbliğ etdiyi barədə sözlərini “həqiqətə uyğun olmayan” adlandırıb.
Mayın 26-da Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan ilə İrəvanda keçirdiyi birgə mətbuat konfransında bəyan edib ki, Avropa ölkələri “müharibənin bitməsini istəyir”. "Fransa və Avropa Rusiyaya və ya rus xalqına qarşı müharibə aparmır", - deyən nazir əlavə edib ki, Paris buna baxmayaraq, Avropa qitəsində sərhədlərin güc yolu ilə dəyişdirilməsinə qarşıdır.
Fransa Xarici İşlər Nazirliyinin rəhbəri daha əvvəl qeyd edib ki, ilk növbədə atəşkəs əldə olunarsa, Avropa paytaxtları Ukrayna üzrə danışıqlar prosesinə qoşulmağa hazırdır. Bu arada Rusiya Xarici İşlər Nazirliyi Avropa ölkələrinin hərbi əməliyyatların davam etdirilməsində maraqlı olduğunu iddia edir.
Nigar
17:59 / 19 Avqust 2026
39
17:50 / 19 Avqust 2026
41
17:32 / 19 Avqust 2026
48
17:12 / 19 Avqust 2026
64
16:49 / 19 Avqust 2026
66
16:38 / 19 Avqust 2026
63
16:19 / 19 Avqust 2026
70
15:59 / 19 Avqust 2026
73
15:56 / 19 Avqust 2026
58
15:54 / 19 Avqust 2026
91
15:45 / 19 Avqust 2026
74
15:36 / 19 Avqust 2026
93
15:30 / 19 Avqust 2026
77
15:11 / 19 Avqust 2026
84
15:10 / 19 Avqust 2026
74
14:50 / 19 Avqust 2026
73
14:49 / 19 Avqust 2026
80
14:44 / 19 Avqust 2026
93
14:30 / 19 Avqust 2026
88
14:24 / 19 Avqust 2026
72
14:18 / 19 Avqust 2026
233
14:15 / 19 Avqust 2026
80
14:05 / 19 Avqust 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.