Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13600
az

ABŞ-dan Türkiyə ilə bağlı - Şok qərar

20:3023 May, 2019
613
DÜNYA
  • A
 
ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komissiyası mayın 10-da təqdim edilən və Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alacağı təqdirdə F-35 proqramından çıxarılmasına çağırış edən qərar layihəsini qəbul edib.

Teleqraf.com xəbər verir ki, qərarda Türkiyəyə S-400 silah sistemi alqı-satqısını ləğv etmək çağırışı edilib. Qərarı Həm Respublikaçılar, həm Demokratlar Partiyasından olan üzvlər dəstəkləyib.

Komissiyanın sədri Eliot Engel Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyədə demokratiyanı gerilətdiyini və Vladimir Putinlə yaxınlaşdığını bildirib. Demokrat Konqres üzvü bu qərarı qəbul etməklə Ərdoğanı qınadıqlarını vurğulayıb:

Engel “əlbəttə, bizim sistemimizi onlara satmağımızı istəyirlər, amma bunu rus silah sistemi alqı-satqısını ləğv etməzlərsə, edə bilmərik. Bir NATO ölkəsi rus istehsalı olan silah ala bilməz”.

Demokratlar Partiyasının nəzarət etdiyi Nümayəndələr Palatasında qəbul olunan qərarın respublikaçıların çoxluq təşkil etdikləri Senatın da səsverməsindən keçməsi lazımdır. Hər iki palatadan keçdiyi təqdirdə qərar Prezident Donald Trampın imzası ilə rəsmiləşəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin ABŞ-ı kosmosda silahlanma yarışını dayandırmağa çağırır
Estoniya və Finlandiya arasında daha üç rabitə kabeli zədələnib
Politoloq Türkiyənin Suriyanı öz protektoratına çevirmək istəyini açıqlayıb

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü