Rusiya Türkiyə gəmisinə zərbə endirdi
12 Dekabr 2025, 22:05
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
191
21.05.2025, 16:10
27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu həyata keçirmiş, Səfirliyin bir əməkdaşını qətlə yetirmiş, iki əməkdaşını isə yaralamış Yasin Hüseynzadəyə qarşı 28 yanvar 2024-cü il tarixində çıxarılmış ölüm hökmü 21 may 2025-ci il tarixində səhər saat 5-də icra olunub.
Oxu24.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə hücum etmiş terrorçuya qarşı edam hökmünün icrasına münasibət bildirərkən deyib.
"Edamın icra olunması prosesini Səfirliyimizin 2 nəfər əməkdaşı və məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkil müşahidə edib.
Sözügedən terror aktını həyata keçirmiş şəxsin ən ağır şəkildə cəzalandırılması Azərbaycanın İran tərəfindən əsas gözləntiləri sırasında idi.
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin olunması və bu qəbildən əməllərin qarşısının alınması istiqamətində yerləşmə ölkəsi tərəfindən müvafiq tədbirlərin görülməsi hər zaman əhəmiyyət kəsb edir.
Qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində birgə səylərin davam etdirilməsini vacib hesab edirik", - XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə ilə bağlı məhkəmənin qərarı icra edilib. Qərar bu gün səhər saatlarında icra edilib.
27 yanvar 2023-cü ildə səfirliyə silahlı hücum
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Həmçinin oxuyun
Hücum zamanı şəhid olan və yaralanan mühafizəçilər
Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib.
Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib. Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb.
Səfirliyin fəaliyyətinin dayandırılması və əməkdaşların təxliyəsi
Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.
Səfirliyin yeni ünvanda fəaliyyətinin bərpası
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hal-hazırkı heyəti İrana geri dönüb.
Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş Yasin Hüseynzadənin iki il ərzində məhkəməsi keçirilib. İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib.
14:50 / 13 Dekabr 2025
4
14:38 / 13 Dekabr 2025
21
14:28 / 13 Dekabr 2025
30
14:22 / 13 Dekabr 2025
31
14:12 / 13 Dekabr 2025
111
13:14 / 13 Dekabr 2025
450
13:07 / 13 Dekabr 2025
222
12:58 / 13 Dekabr 2025
128
12:16 / 13 Dekabr 2025
837
12:08 / 13 Dekabr 2025
92
11:44 / 13 Dekabr 2025
69
11:30 / 13 Dekabr 2025
78
11:09 / 13 Dekabr 2025
871
11:07 / 13 Dekabr 2025
383
10:25 / 13 Dekabr 2025
1070
09:15 / 13 Dekabr 2025
860
09:06 / 13 Dekabr 2025
600
08:45 / 13 Dekabr 2025
128
08:37 / 13 Dekabr 2025
154
00:28 / 13 Dekabr 2025
151
00:14 / 13 Dekabr 2025
1101
00:01 / 13 Dekabr 2025
742
23:20 / 12 Dekabr 2025
669
23:12 / 12 Dekabr 2025
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.