Makron evtanaziyanın leqallaşdırılması haqqında qanunu imzalayıb
19 Avqust 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
245
21.05.2025, 11:20
“Bu gün səhər saat 05 radələrində Azərbaycanın Tehrandakı Səfirliyində terror hadisəsi törətmiş və oğlumun qatili olan şəxs öz layiqli cəzasını aldı, edam hökmü icra olundu”.
Bu sözləri “Qafqazinfo”ya şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib.
O bildirib ki, Tehranda keçirilən edam prosesində Azərbaycan Səfirliyinin iki əməkdaşı və bizim tərəfimizdən tutulmuş vəkil də iştirak edib: “Səfirliyin əməkdaşları onun tam ölməsinə əmin olandan sonra oranı tərk ediblər. Təbii ki, bu, bir az bizim ağrımızı yüngülləşdirdi. Çünki bizim ailəmiz özümüzü övladımızın yanında günahkar hiss edirdik ki, onun qatili azadlıqdadır, ölməyib. Bu heç olmasa ağrılarımıza su səpdi. Qatilin edam olunması bizdə təskinlik yaratdı. Mən Azərbaycan Prezidentinə təşəkkür edirəm. Onun qəti mövqeyi olmasaydı, bu edam hökmü icra olunmayacaqdı. İran tərəfi məsələni uzada-uzada gedəcəkdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
Xatırladaq ki, 2023-cü ilin yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə qarşı terror hücumu həyata keçirilib. Hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaş - Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar. O. Əsgərovun cənazəsi yanvarın 29-u Bakıya gətirilib. O, yanvarın 30-u II Şəhidlər xiyabanında dəfn edilib. 2023-cü il fevralın 3-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib.
Hadisədən sonra Azərbaycan İrandakı Səfirliyinin fəaliyyətini dayandıraraq diplomatları təxliyə edib. Daha sonra, Azərbaycan ilə İran arasında aparılmış danışıqlar nəticəsində 2024-cü il 15 iyul tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin heyəti İrana geri dönüb.
20:04 / 19 Avqust 2026
1
19:50 / 19 Avqust 2026
52
19:27 / 19 Avqust 2026
68
17:59 / 19 Avqust 2026
80
17:50 / 19 Avqust 2026
77
17:32 / 19 Avqust 2026
92
17:12 / 19 Avqust 2026
95
16:49 / 19 Avqust 2026
90
16:38 / 19 Avqust 2026
74
16:19 / 19 Avqust 2026
95
15:59 / 19 Avqust 2026
85
15:56 / 19 Avqust 2026
67
15:54 / 19 Avqust 2026
113
15:45 / 19 Avqust 2026
86
15:36 / 19 Avqust 2026
108
15:30 / 19 Avqust 2026
86
15:11 / 19 Avqust 2026
100
15:10 / 19 Avqust 2026
83
14:50 / 19 Avqust 2026
84
14:49 / 19 Avqust 2026
93
14:44 / 19 Avqust 2026
117
14:30 / 19 Avqust 2026
111
14:24 / 19 Avqust 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.