Pentaqon İranla gərginlik fonunda Yaxın Şərqə əlavə 10 min hərbçinin göndərilməsi planını Ağ Evə təqdim edəcək.
Oxu24.com xəbər verir ki, bu məlumatı “Foks Nyus” televiziyası öz mənbələrinə istinadən yayıb.
Televiziya planda "Patriot" sistemlərinin və döyüş gəmilərinin artırılmasının da yer alacağını bildirib. Hələlik planla bağlı yekun qərarın qəbul edilmədiyi, Ağ Evin isə Pentaqonun planlarını təsdiqləyib-təsdiqləməyəcəyinin bilinmədiyi vurğulanıb.
Oxu24.com
ŞƏRHLƏR