Ukrayna Rusiyaya zərbə endirdi
18 Noyabr 2026, 17:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
279
20.05.2025, 20:12
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Amerika rəhbərliyi Suriya hökumətinin ölkədə hakimiyyətini itirməsindən qorxur.
Bu barədə “İnterfaks” xəbər verir.
Rubio Senatdakı dinləmələrdə deyib: “Biz bu hakimiyyətlərə uğur qazanmağa kömək etmək istəyirik, çünki alternativ tammiqyaslı vətəndaş müharibəsi və xaosdur, bu, təbii ki, bütün regionda sabitliyi poza bilər”.
Dövlət katibinin sözlərinə görə, Suriyanın yeni hakimiyyət orqanları ciddi daxili çətinliklərlə üzləşib və buna görə də “bir neçə həftə və ya bir neçə ay ərzində potensial dağılma, genişmiqyaslı vətəndaş müharibəsi baş verə bilər”.
Rubio bildirib ki, Prezident Donald Tramp administrasiyası Türkiyədəki ABŞ diplomatlarına suriyalıların hüquq-mühafizə orqanlarının islahatlarında humanitar yardıma və ya dəstəyə ehtiyacı olub-olmadığını öyrənmək üçün Suriya rəsmiləri ilə əlaqə saxlamağa icazə verəcək.
Mayın 14-də ABŞ-ın maliyyə naziri Skott Bessent Suriyaya qarşı sanksiyaların ləğvi prosesinin başladığını elan edib. Maliyyə Nazirliyinin rəhbəri qeyd edib ki, idarə vəziyyəti sabitləşdirmək və Yaxın Şərq ölkəsinin sülhə doğru irəliləməsini asanlaşdırmaq üçün belə tədbirlər görür.
Qeyd edək ki, bir müddət əvvəl Tramp Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etmək qərarını açıqlamışdı. O, qərarını “ona şans vermək” ehtiyacı ilə əsaslandırıb.
Tramp Suriyanın yeni liderini “döyüşçü” və “sərt adam” adlandırıb.
Nigar
17:51 / 18 Noyabr 2026
1
17:49 / 18 Noyabr 2026
16
17:45 / 18 Noyabr 2026
29
17:25 / 18 Noyabr 2026
67
17:20 / 18 Noyabr 2026
70
17:20 / 18 Noyabr 2026
92
17:11 / 18 Noyabr 2026
225
17:05 / 18 Noyabr 2026
86
16:52 / 18 Noyabr 2026
195
16:45 / 18 Noyabr 2026
91
16:43 / 18 Noyabr 2026
97
16:41 / 18 Noyabr 2026
92
16:26 / 18 Noyabr 2026
150
16:21 / 18 Noyabr 2026
400
16:05 / 18 Noyabr 2026
105
16:00 / 18 Noyabr 2026
122
15:35 / 18 Noyabr 2026
116
15:32 / 18 Noyabr 2026
125
15:28 / 18 Noyabr 2026
115
15:22 / 18 Noyabr 2026
404
15:16 / 18 Noyabr 2026
124
15:12 / 18 Noyabr 2026
112
15:09 / 18 Noyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.