Makron evtanaziyanın leqallaşdırılması haqqında qanunu imzalayıb
19 Avqust 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
304
20.05.2025, 17:25
"Politico" xəbər verir ki, Fransa hakimiyyəti Telegram-ın həmtəsisçisi Pavel Durovun investisiya fondları ilə danışıqlar aparmaq üçün ABŞ-a getməsi xahişini rədd edib.
Qəzet yazır ki, Paris prokurorluğu mayın 12-də qərarını “xaricə belə səfərin zəruri və əsaslı görünməməsi əsasında” qəbul edib. Orada bildirilir ki, Durovun Fransanı icazəsiz tərk etməsi qadağandır. Prokurorluq bildirib ki, Durov bundan əvvəl martın 15-dən aprelin 7-dək Dubaya getmək üçün icazə alıb.
Bundan əvvəl Durov bildirmişdi ki, Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin rəhbəri Nikolas Lerner yazda prezident seçkiləri ərəfəsində Rumıniya mühafizəkarlarının kanallarını susdurmağı xahiş edib, lakin rədd cavabı alıb. Fransa kəşfiyyatı bu məlumatı təkzib edir.
Ötən il avqustun 24-də Durov Parisin Le Burje hava limanında bir sıra ittihamlarla, o cümlədən cinayətkar qrupun tərkibində qeyri-qanuni əməliyyatların aparılması üçün onlayn platformanın idarə olunmasında iştirak etməkdə ittiham olunaraq həbs edilib.
Belə bir cinayət, Paris prokurorluğunun bəyanatına görə, 10 ilə qədər həbs və 500 min avro cərimə ilə cəzalandırıla bilər. İstintaq hakiminin qərarı ilə iş adamı 5 milyon avroluq girov ödəmək öhdəliyi ilə məhkəmə nəzarətinə verilib. O, həmçinin həftədə iki dəfə polis bölməsinə müraciət etmək tapşırılıb və Fransanı tərk etmək qadağan edilib.
Nigar
20:59 / 19 Avqust 2026
14
20:04 / 19 Avqust 2026
41
19:50 / 19 Avqust 2026
59
19:27 / 19 Avqust 2026
74
17:59 / 19 Avqust 2026
84
17:50 / 19 Avqust 2026
81
17:32 / 19 Avqust 2026
97
17:12 / 19 Avqust 2026
98
16:49 / 19 Avqust 2026
91
16:38 / 19 Avqust 2026
75
16:19 / 19 Avqust 2026
97
15:59 / 19 Avqust 2026
89
15:56 / 19 Avqust 2026
70
15:54 / 19 Avqust 2026
114
15:45 / 19 Avqust 2026
86
15:36 / 19 Avqust 2026
109
15:30 / 19 Avqust 2026
87
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
85
14:50 / 19 Avqust 2026
88
14:49 / 19 Avqust 2026
96
14:44 / 19 Avqust 2026
119
14:30 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.