Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13436
az

Futbolçuları daşıyan qayıq batdı - 30 nəfər itkin düşdü

08:5120 May, 2019
540
DÜNYA
  • A
 Uqandanın qərbində Albert gölündə yerli futbol komandasının oyunçularını və azarkeşlərini daşıyan qayıq batıb.

“RİA Novosti” xəbər verir ki, 50 nəfəri daşıyan qayığın batması nəticəsində azı 30 nəfər itkin düşüb.

Məlumata əsasən, qayıq sahildən 300 metr aralaşdıqdan sonra batıb. Hadisəyə səbəb qayıqda həddindən artıq çox insanın olması ola bilər.

Qeyd edilir ki, iki nəfərin cəsədi hadisədən dərhal sonra aşkar edilib, 20 nəfər xilas edilib.
Oxu24.com

ŞƏRHLƏR